Accessibility links

ABŞ-da gözlənilən defolt Azərbaycan manatının məzənnəsi üçün risklər yaratmayacaq


ABŞ-da gözlənilən defolt Azərbaycan manatının məzənnəsi üçün risklər yaratmayacaq

ABŞ-da gözlənilən defolt Azərbaycan manatının məzənnəsi üçün risklər yaratmayacaq

Azərbaycan Mərkəzi Bankı 2011-ci il üçün prioritetləri nəzərə almaqla inflyasiya və maliyyə sabitliyi üzrə manatın məzənnəsinin stabil saxlanılması siyasətini aparacaq. Bu məqsədlərin həyata keçirilməsi üçün lazım olacağı təqdirdə ölkənin valyuta bazarında tələb və təklif arasında tarazlığın yaradılması üzrə iş aparılacaq.

Ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinin kəskin möhkəmlənməsinə yol verməməyə çalışacaq. Bu barədə Trend agentliyinə ABŞ-da gözlənilən defoltun Azərbaycanın milli valyutasının ABŞ dollarına nisbətdə möhkəmlənməsinə mümkün təsirini şərh edərkən AMB-dən bildiriblər.

Dünya ictimaiyyəti narahatdır ki, avqustda ABŞ-da ölkənin xarici borcu olması səbəbindən defolt elan edilə bilər.

ABŞ-ın maliyyə naziri Tim Qaytner bildirib ki, artıq avqustun 2-dən etibarən ABŞ respublikaçıların dövlət borcunun həddini artırmaq istəməməsi səbəbindən defolt elan edəcək. Nəticədə iqtisadiyyatda yaranan vəziyyət 1930-cu illərin depressiyasının təkrarlanmasına və bütün dünya miqyasında böyük böhrana səbəb ola bilər.

"Mərkəzi Bankın 2011-ci il üçün prioritetləri nəzərə alınmaqla AMB inflyasiya və maliyyə sabitliyi üzrə manatın məzənnəsinin stabil saxlanılması siyasətini aparacaq. Bu məqsədlərin həyata keçirilməsi üçün lazım olacağı təqdirdə ölkənin valyuta bazarında tələb və təklif arasında tarazlığın yaradılması üzrə iş aparılacaq", - AMB-dən qeyd edilib.

2009-cu ilin yekunlarına görə, Azərbaycanın milli valyutasının məzənnəsi 1,8 faiz, 2010-cu ildə 0,6 faiz, 2011-ci ilin əvvəlindən 1,4 faiz möhkəmlənib.

Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Xaqani Abdullayevin dediyinə görə, manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı vəziyyət ödəniş balansından asılı olacaq, lakin istənilən halda AMB güclü möhkəmlənməyə imkan verməyəcək.

"Belə ki, ötən il ödəniş balansının defisiti 15 milyard dollar səviyyəsində olmuşdusa, bu il minimal proqnoz 13-14 milyard manat təşkil edir, lakin 15 milyard dolları keçə biləcəyi mümkündür", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, AMB həmişə real effektiv məzənnəyə üstünlük verir. O, iki parametrə - Azərbaycandakı inflyasiya və tərəfdaş ölkələrdəki inflyasiyaya aiddir. Mərkəzi Bankın məqsədi ölkədə inflyasiyanın ən azı bu ölkələrin səviyyəsində saxlanılmasından ibarətdir.

"Bizim getdiyimiz normal makroiqtisadi struktur həm də pul kütləsinin (M2) inflyasiyaya ötən ildəki aralıqda olan nisbətidir. Pul kütləsinin artımı 30-35 faiz səviyyəsində gözlənilir, orta illik inflyasiyanın proqnozu isə 7-8 faiz arasında dəyişir", - o qeyd edib.

Ödəniş balansının statistikasını aparan AMB ödəniş balansının cari əməliyyatlarının profisitinin illik hesablamada 47,8 faiz artdığını bildirib. Belə ki, 2010-cu il ərzində cari əməliyyatların profisit hesabı 15 milyard dollar təşkil edib. Bu, bir il əvvəl 10,2 milyard dollar olub. Bu halda neft-qaz sektorunun cari əməliyyatlarının hesab profisiti 19,9 milyard dollar təşkil edib. Bu, qeyri-neft sektorundakı 4,8 milyard dollarlıq defisiti tam ödəyir.

2011-ci ilin yanvar-mart ayları ərzində ödəniş balansının cari əməliyyatlarının hesablarının profisiti 4,8 milyard dollar, o cümlədən neft-qaz sektorunun cari əməliyyatlarının hesablarının profisiti 6,3 milyard dollar təşkil edib. Neft-qaz sektorunun cari əməliyyatlarının hesablarının profisiti qeyri-neft sektorunun cari əməliyyatlarının 1,5 milyard dollarlıq defisitini tam ödəyir.

XS
SM
MD
LG