Accessibility links

ABŞ-da əhalinin 46 milyondan çoxu yoxsulluq şəraitində yaşayır

  • Nərminə Cəlalqızı

ABŞ-da əhalinin 46 milyondan çoxu yoxsulluq şəraitində yaşayır

ABŞ-da əhalinin 46 milyondan çoxu yoxsulluq şəraitində yaşayır

Bundan əlavə, Amerikada 50 milyona qədər insanın tibbi sığortası yoxdur

Birləşmiş Ştatların Əhalini Siyahıyaalma Mərkəzinin açıqladığı son məlumatına görə, ölkədə əhalinin 46 milyondan çoxu yoxsulluq şəraitində yaşayır. Bu, 1959-cu ildən bəri ölkədə yoxsulluğun ən yüksək göstəricisidir. Bundan əlavə, Amerikada 50 milyona qədər insanın tibbi sığortası yoxdur.

Cina Zbikovski iş axtardığını, əlillik üçün ona verilən cüzi yardımın Amerikanın arzusu olmadığını deyir. “Mənim fikrimcə, Amerikanın arzusu deyəndə öz şəxsi evin, şəxsi biznesin, maşının olmaq, ümumiyyətlə yaxşı yaşamaq nəzərdə tutulur. Mən indiki vəziyyətdə bunları ağlıma belə gətirə bilmirəm.”-deyə Cina Bildirir.

Cinanın sevgilisi Con Ohleriç isə yarım-ştat işləyir. Onun epilepsiya xəstəliyi var, lakin tibbi sığortası yoxdur. “Dərmanlar çox bahadır. Mən dərmanlarımı hər ay almalıyam. Əgər mənim dərman almağa pulum olmursa, mən nənəmə müraciət etməli oluram. Mənim pulum gələn kimi də gedir. Çünki mən həkimə getməliyəm, mən ölmək istəmirəm” - deyə, Con Ohleriç bildirir.

Hər altı amerikalıdan biri Cina və Conun vəziyyətindədir, yoxsulluq içərisində yaşayır. Resurs Mərkəzindən Kim Perez: “Yoxsulluq gündəlik çətinlikdir. Masaya yemək qoya biləcəksənmi, ev kirəsini ödəyə biləcəksənmi? Uşaqları doyura və ya onlara dərman ala biləcəksənmi?”

Kim Perez deyir ki, uğurlu həyata can ataraq, ali təhsil alıb, kifayət qədər qazana bilməyənlər, işsizlik üçün aldıqları təzminat sona çatdıqda yeli hökumət, ştat və ya federal proqramların kifayət qədər olmaması ilə sonradan yoxsulluğa düçar olurlar.

Yoxsuların sayının artması yardım agentliklərinin də imkanlanı tükədib. Liza Meysi-Lilinq Çikaqo yaxınlığındakı evsizlərə yardım edən "Hartland" – Humanitar Xitmətlər Mərkəzində işləyir. O, ehtiyacı olanların çox az bir hissəsinə yardım edildiyini deyir. “Əvvəki kimi indi kifayət qədər vəsait yoxdur, Ehtiyac artıqca fondler tükənir. Ehtiyacla imkan arsında uçurum yaranıb.”

Hazırda 9 faiz təşkil edən işsizlik problemi həll edilməyincə, yardıma ehtiyacı olanların sayı durmadan artacaq.

XS
SM
MD
LG