Accessibility links

ABŞ-da iki terror şübhəlisi nəzarət altına alınıb


ABŞ-da iki terror şübhəlisi nəzarət altına alınıb

ABŞ-da iki terror şübhəlisi nəzarət altına alınıb

ABŞ vətəndaşları Məhəmməd Hamud Alessa və Karlos Eduardo Almonte Nyu-York şəhərindəki Con F. Kennedi hava limanında saxlanıblar

ABŞ mətbuatının məlumatına görə, polis rəsmiləri Nyu-Yorkda Misrə getməyə hazırlaşan iki nəfəri terrorçuluq ittihamları ilə nəzarət altına alıb. Nyu Cersinin Star-Ledger qəzeti yazır ki, federal və ştat rəsmiləri ABŞ vətəndaşları Məhəmməd Hamud Alessa və Karlos Eduardo Almonteni Nyu-York şəhərindəki Con F. Kennedi hava limanında saxlayıblar. Adını açıqlamayan rəsmiyə istinad edən qəzet şübhəlilərin Somalidəki Əl-Qaidəyə bağlı Əl-Şabab yaraqlı qruplaşmasına qoşulmağı planlaşdırdığını yazır. Rəsmilər deyir ki, ABŞ hökuməti onları beynəlxalq terror aktı planlaşdırmaqda ittiham edib. ABŞ hökumət rəsmilərinə istinad edən Star-Ledger həbslər olunanların bilavasitə təhlükə törətmədiyini yazır.

XS
SM
MD
LG