Accessibility links

ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib


ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib
ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib

ABŞ-da iranlı tələbələr və mübadilə proqramı ilə bu ölkəyə səfər edənlərə imkan yaradılması məqsədi ilə yeni viza siyasəti tətbiq edilib. Beləliklə, Amerikada tətqiqat aparmaqla yanaşı, gənc iranlılara dünya ilə təmas qurmaq imkanı yaradılır. Bundan əvvəlki qanunlara görə, iranlı tələbələr ölkədə üç ay qala bilər və aldıqları vizadan yalnız bircə dəfə istifadə edə bilərdi. Tələbələr və mübadilə proqramlarının iştirakçıları Amerikanı tərk etdikdən sonra yenidən viza üçün müraciət edə biləcəklər. Əvvələr isə onlar ölkəni tərk etməmək yolunu seçirdi. Hətta onlar ailələrinin fövqəladə vəziyyətlərində belə onları ziyarət edə bilmirdi.

Hazırkı qanun iranlı tələbələri ikiillik viza ilə təmin etməklə yanaşı, onlara çoxkeçidli viza imkanı da verir. ABŞ dövlət katibi Hillari Klinton yeni siyasəti ABŞ-ın İran xalqına dəstək verməsi istiqamətində müsbət addımı kimi qiymətləndirib.”Mən bir çox iranlı tələbə və Amerika iranlılarından dəyişiklik istədiklərini eşirmişəm.Biz siniz narahatlıqlarınızı dinləyir, İranın gələcəyi ilə bağlı maraqları bölüşənlərlə daha sıx əlaqə yaratmaq istəyirik”- deyə o bildirib.

Gəncləri imkanlarla təmin etməkdənsə, İran hökuməti azad toplaşma, ifadə azadlığı, azad fikir mübadiləsi tələb edənlərə qarşı qəddar respessiyalarını davam etdirir. Tələbələr döyülür, vəhşi münasibətlə üzləşir, təhsillərindən geri qalır. Bəzi hallarda qətillərlə üzləşir. Vədverici tələbələr və Bəhayi icmasının nümayəndələri bütün imkanlardan məhrum edilir. Yeni viza siyasətini açıqlayarkən ABŞ dövlət katibi iranlılara Amerikanın İran hökumətinin onların potensialarından istifadə etməsinə imkan vermədiyi halda yanlarında olacağına vəd verib. “Biz sizing hüquqlarınız və mətləblərinizi müdafiə edəcəyik. İranda həqiqi dəyişiklik üçün yeni variantları nəzərdən keçirəcəyik”-deyə ABŞ dövlət katibi Hillari Klinton bildirib.

XS
SM
MD
LG