Accessibility links

ABŞ-da İren qasırğasının fəsadları aradan qaldırılır


ABŞ-da İren qasırğasının fəsadları aradan qaldırılır
ABŞ-da İren qasırğasının fəsadları aradan qaldırılır

ABŞ-ın şimal-şərq ştatlarında mühəndis heyətləri İren qasırğası nəticəsində işıqsız qalmış sakinlərin evlərinə elektriki bərpa etməyə çalışırlar.

Vermontda fövqəladə hal işçiləri yollar və körpüləri su basdıqdan sonra təcrid olunmuş qəsəbə sakinlərinə hava yolu ilə yemək gətirirlər. İren qasırğası Vermontun bəzi icmalarında son əsrin ən böyük daşqınlarını yaradıb.

İren qasırğası kontinental ABŞ ərazisində azı 43, Karib hövzəsində isə 5 adamın ölümünə bais olub.

Bu arada Milli Qasırğa Mərkəzi bildirir ki, Katya tropik tufanı mövsümün ikinci Atlantik qasırğasına çevrilib.

XS
SM
MD
LG