Accessibility links

ABŞ-da işsizlik cüzi şəkildə artıb


ABŞ-da işsizlik cüzi şəkildə artıb.Bu gün Əmək Nazirliyinin hesabatında bildirilib ki, bir ay ərzində cəmisi 69 min yeni iş yeri açılıb.

Hökumətin göstəricilərinə görə, 12.7 milyon amerikalı hazırda işsizdir. Son 27 həftə ərzində hər 10 işsizdən yalnız 4-nə iş tapmaq nəsib olub.

İqtisadçılar istehlakçı etibarının artırılması üçün yeni iş yerlərinə və iş yerləri üçün investisiyaların artırılmasına ehtiyac olduğunu bildirir.

Respublikaçılar iqtisadi artımın zəifləməsinə görə prezident Obamanı günahlandırır.

ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni Obama siyasətinin orta sinif amerikalıların əzilməsinə yönəldiyini deyir.

XS
SM
MD
LG