Accessibility links

ABŞ-da işsizliyin səviyyəsi 8.2 faizə qalxıb (video)


ABŞ şirkətləri ötən ay nəzərdə tutulduqdan daha az insanı işlə təmin edərək may ayı üçün cəmi 69 min iş yeri açıb. Əmək Departamenti eyni zamanda iş yerlərinin sayının ötən iki ay ərzində azalaraq işsizliyin faizini bir qədər artırdığını deyib. İş yerlərinin yaradılması məsələsində məyusedici məlumat səhm birjalarına da təsirini göstərərək səhmlərin qiymətini ötən həftə aşağı salıb.

Birləşmiş Ştatlarda iş yerlərinin açılması prosesi bir il ərzində bu qədər zəif olmayıb. Bu, Wall Street-in ehtimal etdiyi 150 mindən olduqca aşağı rəqəmdir.\

Səhm birjaları bu fərqə dərhal reaksiya verib. Belə ki, Dow Jones indeksi açılış zəngi vurulduqdan dərhal sonra 200-dən çox xal itirərək, iki il ərzində Wall Street-də ən pis ay olub. Analitiklər bədbinliyi bir neçə amillə ölçür. Bədbinliyə Asiyada iqtisadi zəifləmədən tutmuş Yunanıstanın borc probleminə görə Avropa ölkələrinin biri-birindən ayrılması qorxusuna qədər bir sıra amillər daxildir. Standard and Poor's maliyə xidmətinin strateqiyasını müəyyən edən Sem Stoval Amerikanın Səsinə müsahibə verib.

Sem Stoval: “Avropa, Çin və bir sıra başqa bölgələrdə iqtisadiyyatın zəifləməsi iş yerlərinin sayında özünü əks etdirir. Ola bilsin işçilər işlərindən çıxarılmasınlar. Amma şirkətlər təlabatda artım görmədikləri üçün yeni iş yerləri açmağa meyl göstərmirlər.”

Lakin yeni iş yerlərinin sayının azalması seçkilər ilində normal haldır. ABŞ-da Respublikaçılardan prezidentliyə namizəd Mit Romni CNBC televiziya kanalında prezidentin siyasətinə hücum etməyə çox az vaxt sərf etdi.

Mitt Romni: “Mən bütün enerjimi iş yerlərinin amerikalılara qaytarılmasına sərf edəcəm, indiki prezident bunu edə bilmədi”

Analitiklər yeni iş yerlərinin yaradılmasında zəifləmənin noyabr ayında prezidentliyə ikinci müddət üçün seçilmə şansını azalda biləcəyini deyir. Minisota ştatında keçirdiyi kampaniya zamanı müdafiə olunmağa vadar edilən prezident tərəfdarlarına ölkənin iqtisadi probleminin bir gecədə həll olunmayacağını deyib.

Barak Obama : “İqtisadiyyat artır, lakin bizim istədiyimiz sürətlə deyil. Şirkətlərimiz ötən 27 ay ərzində təxminən 4.3 milyon yeni iş yeri açıb. Amma son hesabatdan məlum olur ki, biz hələ də istədiyimiz sürətlə iş yerləri yarada bilmirik.”

Bu, sözsüz ki, milyonlarla işsiz amerikalının eşitmək istədiyi çıxış deyil. Ötən 11 ay ərzində azalan işsizlik may ayında 8.2 faizi artıb. Əmək Departamentinin hesabatına görə, son vaxtlar tənəzzülün ən böyük səbəbi hökumət işlərində ixtisarlar və inşaat sənayesinin zəifləməsidir.

XS
SM
MD
LG