Accessibility links

ABŞ-ın bəzi ştatlarında marixuananın tibbi sahədə istifadəsinə icazə verilir (Video)


Birləşmiş Ştatlar hökumətinin qərargahlandığı paytaxt Vaşinqtondan cəmi bir neçə kilometr aralıda ilk dəfə olaraq tibbi marixuana becərənlər üçün daha bir mağaza açılacaq. Ölkədə marixuananın tibbi sahədə istifadəsinə qanuni olaraq icazə verilməsindən sonra weGrow adlı mağazanın açılması bu sahədə ilk addımdır.

Vaşinqtion şəhərində tibbi sahədə marixuana istehsal edənlər üçün ləvazimat satılacaq weGrow mağazasının təməli qoyulur. Mağazanın təsisçisi Aleks Vonqun anası xərçəng xəstəsi olub. O, marixuananın anasının qəbul etdiyi dərmanların yan təsirlərinin qarşısı ala biləcəyini deyir: “Yeddi il bundan əvvəl, mənim anam xərçəng xəstəsi olanda mən onun ağrılardan necə əzab çəkdiyini görürdüm. O, nə yaxşı yeyə bilir, nə də morfi qəbul edə bilirdi. Mən düşündüm ki, o niyə bu qədər əzab çəkməlidir.”

Kaliforniya, Arizona və Vaşinqtondakı weGrow mağazalarında maruxuananın yetirşdirilməsi üçün müxtəlif təchizatlar satılır.

Bazar iqtisadiyyatı üzrə ekxpertlər gələcək 5 ildə tibbi sahədə istehsal edilən marixuananın 9 milyard dollara çatacağını deyirlər. Dhar Mann WeGrow –un təsisçisi və baş icraedici direktorudur. “Biz bir neçə ay ərzində Arizona və Kaliforniya ştatlarında hasilatı genişləndirəcək, Delaver və Vaşinqton ştatlarında yeni mağazalar açacağıq” - deyə o bildirir.

WeGrow mağazalarında marixuana toxumları satılmır. Federal qanuna əsasən marixuananın yetişdirilməsi, artırılması və satılması qadağandır. Lakin Birləşmiş Ştatların 16 ştatı və Kolumbia Mahalında marixuanadan ağrıkəsici kimi, QİÇS və xərçəng xəstəliklərində istifadə edilməsinə dair qanun qəbul edilib.

Mərkəzi Kəşfiyyat Agentliyinin təhlilçisi, təqaüddə olan Dik Kennedi marixuanaya qoyulan qadağanın aradan götürülməsi barədə qanuna dəstək verdiyini deyir: “40 il bundan əvvəl də aydın idi ki, güclü narkotik maddələrdən fərqli olaraq, marixuananın spirtli işkilərdən və ya tütündən fərqi yoxdur. Hökumətin buna qadağa qoyması o qədər də düzgün siyasət deyil.”

Lakin federal hüquq mühafizə orqanları hələ də buna qarşı mübarizəni davam etdirir. Bu yaxınlarda marixuana alverinin tədrisi ilə məşğul olan Kaliforniya ştatının Oukland şəhərindəki Oaksterdam universitetinə reyd keçirildi.

Vaşinqtondakı Milli Qəşiş Sənayesi Assosiasiyasından Stiv Foks: “Ümid edirik ki, ümumi cərəyan marixuana üzrə slahiyyətlərin yerli hökumətlərə ötürülməsi ilə müşayiət olunaaq. Qoy hər ştatın vətəndaşları marixuanadan istifadənin qaydalarını özləri müəyyən etsinlər."

ABŞ-ın beş ştatının qanunvericiləri federal hökumətə məktub yazaraq, onların tibbi sahədə istifadə edilən marixuananın qarşısını almamağa çağırmışlar. Bütün fikir ayrılıqlarına baxmayaraq, WeGrow özünün fəaliyyətini genişləndirməyə çalışır.

XS
SM
MD
LG