Accessibility links

ABŞ-da məhbus qadınlar təhsil imkanı əldə edir (video)


Birləşmiş Ştatlarda bir milyondan çox qadın həbsxanada cəza çəkir. Onların üçdə bir hissəsi azadlığa çıxdıqdan sonra yeni ittihamlar nəticəsində yenidən həbsxanaya dönür. Lakin Nyu York şəhərində keçirilən proqramda iştirak edən qadınların yenidən həbsxanaya düşmə faizi sıfıra yaxındır.

Bedford Hills Nyu York ştatında ən böyük qadın məhbəsidir. Buraya düşən qadınların üçdə-bir qismi orta məktəb səviyyəsində oxuya bilmir. Lakin cəzalarını çəkdikləri müddətdə onlar kiçik sinif otaqlarında orta məktəb təhsillərini başa vura, hətta kollec dərəcəsi ala bilirlər.

Vivian Nikson təxminən 15 il bundan əvvəl çekləri saxtalaşdırmaqda ittiham edilərək qısa müddətə Bedford Hills həbsxanasında cəza çəkib.

Tamamilə başqa bir həbsxanada cəzasını çəkərkən o, azadlığa buraxıldıqdan sonra qadınlar üçün yaradılmış təhsil proqramı haqda xəbər tutub.

Vivian Nikson: “Həmişə kollecə getmək istəmişəm. Vaxtında kolleci bitirməməyim həyatımda ən böyük peşmançılıqlardan biri idi. Bir neçə il məhbəsdə cəza çəkdikdən sonra, cəza müddətlərini başa vurmuş qadınlara kollecdə təhsil almağa yardım edən təşkilatın mövcudluğu haqda öyrəndikdə çox sevindim.”

Kollec və İcma Təqaüdü təşkilatı 2000-ci ildə yaranıb.

Vivian Nikson: “Mənim həyatımda və ümumiyyətlə dünyada dəyişikliyə səbəb olan bu təşkilat insanların ümidlərini, arzularını gerçəkləşdirdi və artıq məhbəsdən çıxdıqdan sonra vacib deyil ki, fast-food restoranlarında, mehmanxanalarda və ya Nyu York şəhərinin küçələrində süpürgəçi işi kimi aşağı səviyyəli işlərdə işləyəsən. Keçmişdə məhbus olmağına baxmayaraq sənin arzuların və məqsədlərin gerçək ola bilər və təşkilat bu yolda sənə kömək edəcək.”

İndi Nikson Kollec və İcma Təqaüdü təşkilatının rəhbəridir. Təşkilat Mia Savaci kimi iştirakçılara biliklərini inkişaf etdirməyə, kollecə və maliyyə yardımı üçün müracət etməyə kömək edir.

Mia Savaci: “Çox sadə və asan idi. Mən La Guardia kollecinə daxil oldum. Qəbul məktubumu aldım və indi mən ikinci semestrdə oxuyuram.”

Selina Fulford kimi bəzi məhbuslar isə magistr dərəcəsin üzrə təhsil alır.

Selina Fulford: “Mən ikinci maqistr dərəcəmi almaq üçün təhsilimi davam etdirirəm. Mən bu yaxınlarda doktorluq dərəcəm üzərində bacılarımla bərabər işləyəcəm. Bundan başqa mən New Rochelle kollecində professor köməkcisi vəzifəsində işləyirəm. Belə ki, bu kollecə müraciət edən və köməyə ehtiyacı olan hər kəs mənim yanıma gəlir.”

Nikson deyir ki, 270 iştirakçının hər biri eyni məqsədi bölüşür; yeni həyat qurmaq və xəcalətli keçmişdən uzaqlaşmaq. Nikson bu təşkilatın vacibliyinə inanır. Ona görə ki, təşkilatın heç bir iştirakçısı bir daha həbsxanaya qayıtmayıb.

XS
SM
MD
LG