Accessibility links

ABŞ-da mənzil satışları artmaqdadır


ABŞ-da mənzil satışları artmaqdadır

ABŞ-da mənzil satışları artmaqdadır

Amerikanın Səsi-nin müxbiri Stiv Mortun məlumat verdiyi kimi, Mayamidə ev alqısında əsasən xarici investorlər üstünlük təşkil edir

Daşınmaz əmlak bazarında vəziyyətin qeyri- sabit olmasına baxmayaraq, ABŞ-da mənzil satışları artmaqdadır. Ev alqı-satqısı sənayesinin liderləri bildirirlər ki, ötən ilin may ayına qədər mənzil satışları 30 faiz qalxıb. Amerikanın Səsi-nin müxbiri Stiv Mortun məlumat verdiyi kimi, Mayamidə ev alqısında əsasən xarici investorlər üstünlük təşkil edir. Mayamidə göydələnlər səmaya ucalır. Onların əksəriyyəti ABŞ-da daşınmaz əmlak bazarında qeyri-sabit olmasından əvvəl tikiliblər, və kredit azalandan sonra bu mənzillər boş qalmışlar. Lakin Milli Daşınmaz Əmlak Asosiasiya məlumat verir ki, beynəlxalq alıcılar bu problemi aradan qaldırırlar. Ancel Herrera və Santyago Herrera venesuelalı iki qardaşdır. Onlar qiymətlərin düşməsindən istifadə edərək, mart ayında Mayamidəki çoxmərtəbəli binalarda 39 mənzil alıblar. Hal hazırda onlar mənzillərin qiymətlərinin qalxacağına ümüd edirlər. Hər kəs bilir ki, ABŞ-da ev alqı-satqısı elə bir dövrdədir ki, daha bundan da aşağı düşə bilməz. Çox güman ki, qiymətlər bundan sonra qalxacaq və bu səbəbdən biz buraya pul yatırırıq. Qardaşlar aldıqları mənzillərin 18-ni artıq venesuelalı, ekvadorlu və argentinalı alıcılara sataraq gəlir əldə ediblər. Onlar qiymətlər qalaxana kimi qalan mənzilləri kirayə verməyi planlaşdırırlar. Florida ştatında ötən ildən başlayaraq mənzillərin dəyəri 13 faiz enib, lakin mənzil satışı 40 faiz qalxıb. Satış rəqəmləri göstərir ki, beynəlxalq alıcılar məzənnənin əlverişli kursuna görə ABŞ-da daşınmaz əmlakı nağd pulla alırlar. Florida ştatının Orando şəhərindəki mənzillərin əksəriyyətini xaricilər alırl. Lakin Ev alqi-satqısı üzrə Xarici İnvestorlar Asosoasiyasının nümayəndəsi Ceyms Fetqatter bildirib ki, xarici alıcılar çətinliklərlə üzləşirlər. O deyir ki, banklar bəzən bazarda yenidən satılan evlərin satışı prosesini ləngidirlər. Bu da bazarda təlabatı təmin etmək üçün ucuz mülklərin sayının az olmasına gətirib çıxarır. Asosiasiyamızın üzvlərinin ABŞ-a investisiya qoyulması barədə bu gün ən böyük şikayəti onların almaq istədikləri qiymətə uyğun mülk tapa bilməmələridir. Lakin Fetqatter deyir ki, xarici investorlar ABŞ-da ev alqı-satqısına nikbin baxırlar. Ancel və Santyago Herrera qardaşları planlarını həyata keçirməyə davam edirlər. Onlar hal-hazırda Mayamidə 60-a qədər əlavə mənzil almaq üçün müqavilələr üzərində işləyirlər. Onlar bu mənzilləri başqa xarici alıcılara satmağı planlaşdırırlar.

XS
SM
MD
LG