Accessibility links

ABŞ-da ölüm cəzasına məhkum edilənlər arasında günahsız insanlar da olur VIDEO

  • Amerikanın səsi

Ölüm cəzasına məhkum edilən Klarens Brandli

Ölüm cəzasına məhkum edilən Klarens Brandli

Son rəy sorğuları hal-hazırda da ABŞ-da ölüm cəzasına məhkum edilənlərin sayının yüksək olduğunu göstərir

Birləşmiş Ştatlarda edamların 1994-cü ildə 80 faiz olduğu halda, son rəy sorğuları hal-hazırda bu rəqəmin 61 faizə düşdüyünü və hələ də yüksək olduğunu göstərib. Bunun səbəblərindən biri günahsız insanların ölüm cəzasına məhkum edilməsi və aşkara çıxan dəlillərin onlara bəraət qazandırması ola bilər.

Nyu-Meksika ştatında qətl həyata keçirmək ittihamı ilə ölüm hökmünə məhkum edilən Ron Keyeninin edamından bir neçə gün əvvəl əsil günahkar aşkar edilib. Həmin şəxs cinayətini keşişə etiraf etdi. “Ruhani ona dedi ki, “sənin günahlarını təmizləyə bilmərəm, sən doğru addım atmalısan. O, “əlbəttə, mən bilirəm” deyə cavab verib. Onda mənim edam edilməmə 9 gün qalırdı.”- deyə, Roy Keyeni bildirir.

Həqiqət üzə çıxandan sonra Keyeni azad edildi və ölüm hökmünə qarşı kampaniyaya qoşuldu.

Nyu-Meksika ştatında ölüm hökmü ləğv edilib. Ron Keyeni ölüm hökmü ilə üzləşən məhbusların ömürlük həbsxanada qalmalı olduqlarını deyir: “İnsanları qətlə yetirən təlükəli adamlar küçələrdə gəzməməlidir. Mən onların azadlıqda olmalarını istəmirəm, lakin mən onların edam edilməsini də istəmirəm. Onlar ömürlərinin axırınadək həbsxanalarda qalmalıdırlar.”

Təhqiqatlar cəzaya məhkum edilən hər səkkiz nəfərdən birinin günahsız olduğunu göstərir. Çox vaxt vəkillər ilkin mühakimə zamanı ciddi xətalara yol verildiyini aşkarlayır.

Appelyasiya müraciətini udanadək Klarens Brandli Texas ştatında ölüm kamerasında idi. “Texas ştatında günahsız insanların edam edilməsi dəfələrlə isbat edilib.” - deyə, o bildirir.

Brendli çox sayda qaradərilinin Texasa, Livinqston yaxınlığındakı ölüm düşərgəsinə göndərildiyini və onların maddi imkanları olmadığı üçün özlərini müdafiə edə bilmədiklərini deyir.

İrandan mühacir Huma Hidayəti “Günahsızlığa Şahidlər” adlı qrupla birlikdə Texas ştatındakı həbsxanalara tur təşkil edib. “Aparılan araşdırmalar göstərir ki, insanların günahsız olub-olmaması ölüm hökmü ilə bağlı rəylərin formalaşmasında əsas rol oynayır. İnsanlar günahsız yerə məhkum edilmiş adamlarla tanış olurlar.”

Texasın A & M universitetindən Doroti Makklenan isə ölüm cəzasının effektiv olmadığını deyir: “Cəza məqsədinə nail olmur, o, qisas alır, amma gələcək cinayətlərdən çəkindirmir.”

Lakin bir çox amerikalı ölüm cəzasının insanları dəhşətli qətllərdən, ən azı bir də belə bir addım atmaqdan çəkindirdiyini düşünür. Digərləri isə ölüm cəzasına məhkum edilənlər arasında günahsız insanların olduğunu deyir.

XS
SM
MD
LG