Accessibility links

Prezidentliyə namizədlər Ohayo ştatında həlledici görüşlər keçirəcəklər

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama və prezidentliyə Respublikaçı namizəd Mitt Romni ABŞ iqtisadiyyatına dair baxışlarını bölüşmək üçün bu gün ABŞ-ın Ohayo ştatında mühüm çıxışlar edəcək.

Cənab Obamanın Klivlenddə icma kollecində Romninin əhalinin varlı təbəqəsinin vergi rüsumunu azaltmaq təklifini tənqid edəcəyi və maliyyə sektoruna dair yeni nizamnamələri ləgv etmək təklifinin sabiq ABŞ prezidenti Corc W. Buşun 2008-ci ildəki iqtisadi böhrana gətirib çıxaran təkliflərinə bənzədiyini deyəcəyi gözlənilir. Sinsinetti şəhərində kampaniya keçirəcəyini nəzərdə tutan cənab Romni Vaşınqtonda bir qrup biznesmen qarşısında dünənki çıxışında prezidentin edəcəyi çıxışa etinasızlıq göstərib.

Sabiq Massaçusets qubernatoru Romni cənab Obamanın gözəl, lakin dəyərsiz sözlərlə çıxış edəcəyinə inandığını deyib. O, deyib ki, cənab prezident biznesmenlərə qarşı düşmən mövqedədir və vəzifəyə gələndən bəri iqtisadiyatda inkişafa nail olduğunu deyə bilməz.

Bu gün ağır sənaye ştatı olan Ohayoda ediləcək çıxışlar hər iki namizəd üçün noyabr ayında keçiriləcək ümumi seçkilərdə Ohayo ştatının mühümlüyünü göstərir.

XS
SM
MD
LG