Accessibility links

ABŞ-da qanunsuz mühacirlərin sayı azalıb

  • Amerikanın səsi

ABŞ-da qanunsuz mühacirlərin sayı azalıb

ABŞ-da qanunsuz mühacirlərin sayı azalıb

ABŞ iqtisadiyyatında böhran dövrü sərhəddə muhafizə sərtləşdirilib

Pew İspan Mərkəzi məlumat verir ki, ABŞ-da qanunsuz mühacirlərin sayı sərhəd muhafizəsinin sərtləşdirilməsi və ABŞ-ın böhran keçirən iqtisadiyyatına görə azalmışdır. Las Veqasın ətrafında ispandilli kilsədə sakinlər iqtisadiyyatın böhran keçirdiyi vaxt pulsuz ərzaq alır. Las Veqasda işsizlik səviyyəsi 15 faizə çatır. Bu, orta işsizlik səviyyəsindən beş dəfə çoxdur. Daşınmaz əmlak bazarında tənəzzül bunun əsas səbəblərindən biridir.

İnşaatda işləməyə gələn mühacirlərin bir çoxu işsizliklə üzləşir. Bir vaxtlar şəhər kazinolarında çalışanlar da indi işsizdir. Biznes məsələləri üzrə təhlilçi Stefen Broun deyir ki, işi itirmək əsasən tikintidə çalışan və tez-tez bir ştatdan başqasına köçən qanunsuz mühacirlər üçün çətindir. ə

Stefen Broun:"Təəssüf ki, ölkə boyu bu sektora aid insanlar üçün vəziyyət daha çətindir."

Kilsə üzvü Qloria Hernandez bir çox mühacirin evlərinə döndüklərini deyir."Bir çox insan əsasən Meksikaya…Bir kilsəyə üzv olub-olmamasından asılı olmayaraq bir çoxlarına yardım etmişik . Doğrudan, küçədən gələn insanlara, qonşuluqdan gələnlərə, evlərini, işlərini itirərək Meksikaya qayıdanlara kömək etmişik."-deyə o bildirir.

Pew İspan Mərkəzi məlumat verir ki, ABŞ-da qanunsuz mühacirlərin sayı 2007-ci ildə 12 milyon idisə, indi bir milyon azalıb. Las Veqasda bu göstərici 50 000-ə düşüb. Mərkəzin direktoru Mark Huqo Lopez deyir ki, tikinti işlərinin azlığı mühacir axınını da təsir edib. 400 000-nə yaxın qanunsuz mühacir 2009-cu ildə Meksikaya deportasiya edilib.

Siria Perez, Meksikanın Çihuau şəhərinin mühacir asosiasiyasına rəhbərlik edir. O deyir ki, Meksiakda bir çox ailələr dağılıb. "Biz hazırda ikiyə bölünmüş bir çox ailələr aşkar edirik. Belə ailələrdə bir valideyin Meksikaya deportasiya edilir, o biri isə Amerikada doğulmuş uşaqları ilə bərabər işsizliklə mübarizə aparır."-deyə o bildirir.

Fermin Ramirez Xaricdəki Meksikalılar İnstitutu adlanan Meksika hökuməti üçün məsləhətçi qrupunun Las Veqas nümayəndəsidir. O deyir ki, çoxları könüllü olaraq gedir. :"Buraya gəlməkdənsə, öz ölkəmizə qayıtmaq bizim üçün daha sərfəlidir. Bizim nə sənədimiz, nə işimiz var, biz Mekiskaya qayıtsaq bundan yaxşı olar. Ümumiyyətlə bu bir çox ailənin fikridir."-deyə o bildirir.

Lakin Nevada-Las Vegas universitetində hüquqşünas professor Silviya Lazos deyir ki, bir çox mühacir Amerikada doğulmuş və Amerika vətəndaşı olan uşaqlarına görə qalmaq istəyir. O, mühacirət islahatlarına ümid bəslədiyini bildirir. Analitiklər Meksika iqitisadiyyatının Amerika iqtisadiyyatına bağlı olduğunu və hər iki ölkənin böhrandan çıxacağını gözlədiklərini bildirir.

XS
SM
MD
LG