Accessibility links

Prezident Barak Obama Alabamada dağıntılar arasında gəzib


Prezident Barak Obama Alabamada dağıntılar arasında gəzib
Prezident Barak Obama Alabamada dağıntılar arasında gəzib

Prezident Tuskalusa şəhərinin tufandan zərər çəkmiş sakinlərinə kömək vəd edib

Prezident Barak Obama bu gün Alabama ştatında 305 nəfərin ölümünə səbəb olan qasırğa və tufanın törətdiyi dağıntılar arasında gəzib, bölgəyə dəymiş zərər və görülən işlərlə tanış olub. Prezident Tuskalusa şəhərinin tufandan zərər çəkmiş sakinlərinə kömək vəd edib. O, yüzlərlə insanın həlak olmasına görə təəssüf.

Ağ Evin sözcüsü Cey Karney bildirib ki, cənab Obama fəlakət zonasını görmək istədiyi üçün Alabama ştatına qısa müddətli səfər edib. Prezident Alabama qubernatoru Robert Benli və başqa rəsmilərlə görüşüb.

2000 milli mühafizə əsgəri yerli fövqəladə hallar işçilərinə dağıntıları təmizləməkdə kömək etmək üçün əraziyə göndərilib. Prezident Barak Obama Alabamada fövqəladə vəziyyət elan edərək, ştatın bütün 67 mahalına federal yardım verilməsinə göstəriş verib.

XS
SM
MD
LG