Accessibility links

ABŞ-da Quranın nüsxəsinin yandırılması ilə bağlı Əfqanıstanda nümayişlər keçirilib (yenilənib)


ABŞ-da Quranın nüsxəsinin yandırılması ilə bağlı Əfqanıstanda nümayişlər keçirilib (yenilənib)
ABŞ-da Quranın nüsxəsinin yandırılması ilə bağlı Əfqanıstanda nümayişlər keçirilib (yenilənib)

Rəsmilər cümə axşamı nümayişlər başlayandan bəri azı 19 nəfərin həlak olduğunu və 100 nəfərin yaralandığını bildiriblər

Əfqanıstan hərbi qüvvələrinin rəsmiləri ABŞ-da Quranın nüsxəsinin yandırılması ilə bağlı ölkədə dörd günlük nümayişlər ərəfəsində ölkənin şimalında əfqan sərhəd polis geyimi geyən şəxsin iki amerika əsgərini qətlə yetirdiyini bildirib.

NATO şübhəli şəxsin əsgərləri öldürdükdən sonra hadisə yerindən qaça bildiyini bildirib. Koalisiya insidentlə bağlı təhqiqat apardıqlarını bildirir. Atəş açan şəxsin əfqan təhlükəsizlik qüvvələrinin üzvü olub-olmadığı məlum deyil.

Bu arada, Lahman vilayətinin paytaxtı Mehterləmda yüzlərlə daş atan nümayişçi və polis arasında toqquşma olub. Təlafat barədə məlumat verilmir.

Rəsmilər cümə axşamı nümayişlər başlayandan bəri azı 19 nəfərin həlak olduğunu və 100 nəfərin yaralandığını bildiriblər.

Dünən ABŞ-ın başçılığı ilə beynəlxalq hərbi qüvvələrin komandanı general Deyvid Petreas Quranın yandırılmasını pisləyib və qarşıdurmada həlak olanların ailə üzvlərinə başsağlığı verib.

XS
SM
MD
LG