Accessibility links

ABŞ-da viza prosedurlarını yüngülləşdirmək yönümündə iş aparılır


ABŞ-da viza prosedurlarını yüngülləşdirmək yönümündə iş aparılır

ABŞ-da viza prosedurlarını yüngülləşdirmək yönümündə iş aparılır

Senatda bu məsələyə ciddi diqqət verildiyi deyilir

Birləşmiş Ştatlara səfər edən hər kəs, istər tələbə, istər biznesmen, istərsə də turist bir neçə həftəlik və ya aylıq viza almaq üçün bu ölkənin səfirliyinə və ya konsulluğuna bir neçə dəfə getməli olur. Birləşmiş Ştatlar rəsmiləri viza və ya digər məsələlərlə bağlı vəziyyəti yüngülləşdirmək yönümündə iş aparıldığını və Senatda bu məsələyə ciddi diqqət verildiyini deyirlər.

İqtisadiyyatın tənəzzülə uğradığı və maliyyə vəziyyətinin ağırlaşdığı bir vaxt Minnesota ştatından Demokrat senator Eymi Klobukar deyir ki, hal-hazırda Amerika turist və ya xarici qonaq qəbul etməməyi özünə rəva görə bilməz.

“Burada məslələ iş yerlərindədir. Ölkəmizə gələn hər bir xarici qonaq orta hesabla 4 min dollar xərcləyir. Biz böyük məbləğdən danışırıq. Hələ 2009-cu ildə xaricdən gələnlər 9 yüz min iş yeri maliyyələşdirirdi və 23 milyard dollar maaş demək idi” -deyə senator bildirir.

Senatın Ticarət Komitəsinin “Rəqabətçilik, İnnovasiya və İxrac Təbliğatı” şöbəsinin rəhbəri Klobukar deyir ki, 2000-ci illə 2009-cu il arasında Amerikada qlobal turizmin səviyyəsi o qədər enib ki, bu da ölkənin milyardlarla dollar itki verməsinə, yüz minlərlə iş yerinin bağlanmasına səbəb olub.

Keçən il prezident Barak Obama ölkəyə daha çox müsafir cəlb etmək məqsədi ilə “Səyahət Təşviqatı Aktı” çərçivəsində qanun imzaladı. Keçən həftə keçirilən dinləmələr zamanı senator Klobukar vəziyyətin yalnız Birlıəşmiş Ştatların viza prosedurlarını dəyişməsindən sonra düzələ biləcəyini deyib.

Birləşmiş Ştatlar rəsmiləri visa prosedurlarının sürətləndirilməsi və konsul heyətlərinin artırılması yönümündə göstərilən səylərdən danışırlar. Dövlət Departamentinin Viza Məsələləri şöbəsinin müdir müavini Devid Donahyu belə addımların Birləşmiş Ştatlara səfər edənlərin sayının artmasına yardım etdiyini deyib:

“2010-cu ildə xarici müsafirlərin sayı 60 miyona çatdı ki, bu da 2006-cı illə müqayisədə 17 faiz artım deməkdir. Dünyada iqtisadiyyatın inkişaf etdiyi ölkələrdə vizalara tələbat artıb. 2005-ci ildən bəri Çində vizalar iki dəfə, Hindistanda 50 faiz, Rusiyada 52 faiz, Meksikada 24 faiz, Yaxın Şərq və Şimali Afrika ölkələrdində 50 faiz artıq verilib. Braziliyada isə vizalar üç dəfə artq verilib.”

Bütün bunlarla yanaşı cənab Donahyu onu da əlavə edib ki, 2001-ci il Nyu York və Vaşinqtonda həyata keçirilən terror hücumlarından sonrakı təhlükəsizlik qaydalarına uyğun olaraq Amerikaya gələn hər kəs ciddi yoxlamadan keçməlidir.

XS
SM
MD
LG