Accessibility links

ABŞ-da yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz kampaniyası başlayıb.


ABŞ-da yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz kampaniyası başlayıb.

ABŞ-da yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz kampaniyası başlayıb.

ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspora nümayəndələri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib

Amerikada yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz olaraq kampaniyaya başlayıb.

ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspor üzvləri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib.

“Washington Post qəzetində bir-birinin ardınca çıxan məqalələr Azərbaycanlılar arasında narahatlıq doğurub və bununla bağlı olaraq, Azərbaycan diasporunun üzvləri öz fəaliyyətlərini aktivləşdirmək qərarına gəliblər”-deyə Bədir Məmmədli bildirib. Onun sözlərinə görə, ABŞ-dakı erməni lobbisi tarixi faktları saxtalaşdırmağa çalışır. O deyib ki, Washington Post-da dərc olunan məqalələr ermənipərəst mövqedən çıxış edilərək yazılıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi öz əksini tapmayıb.

Bədir Məmmədli bildirib ki, ABŞ azərbaycanlılarının şəbəkəsi USAN təşkilatı qəzetin redaksiyasına məktub göndərərək, Azərbaycanın mövqeyinin işıqlandırılmaması və məqalədə Azərbaycanın Qarabağ regionunda adların təhrif edilərək, Xankəndi və Qarabağ əvəzinə Stepanakert və Arzax yazılmasına etiraz bildirib. O, diaspor iüzvlərinin Washington Post-da çıxan məqalələrə şərhlər yazaraq öz mövqelərini bildirdiyini də əlavə edib.

Washington Post qəzetinin müxbiri Vil Enqlund iyulun 7-də Qarabağa səfəri haqda məqaləni burada oxuya bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG