Accessibility links

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır


ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır

2011-ci il Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyidir. ABŞ-dakı Azərbaycan təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır. Bu haqda bizə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının direktoru Cavid Hüseynov məlumat verib.

Onun bildirdiyinə görə Nizami Gəncəvinin 870 illiyi münasibətilə Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və Pax Turcica İnstitutu Vaşinqton, Nyu York, Los Anceles, San Fransisko, Toronto, Hyuston və Şimali Ameikanın başqa şəhərlərində elmi-mədəni konfranslar keçirməyi planlaşdırır. İl boyu keçiriləcək tədbirlərə Nizami Gəncəvinin həyatı və yaradıcılığı, Azərbaycanın mədəni irsi mövzusunda məruzələr etmək üçün ekspertlərin dəvət olunması nəzərdə tutulub.

Amerika Azərbaycan Cəmiyyəti 1995-ci ildən Nizami Gəncəvi haqda internetdə ən populyar veb səhifələrdən birini yaradıb. Səhifədə Oksford universitetinin professori, Nizamişünas alim Culi Meysaminin tədqiqatları yerləşdirilib.

Səhifənin ünvanını aşağıdakı linkdə tapa bilərsiniz: http://nizami.azeris.com

Amerika Azərbaycan Cəmiyyəti Amerikada yaşayan azərbaycanlıların ilk təşkilatı kimi 1957-ci ildə yaradılıb. Azərbaycan-Amerika Şurası ABŞ-da 2006-cı ildən fəaliyyət göstərir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG