Accessibility links

ABŞ din azadlığının boğulmasına göz yummayacaq

  • Amerikanın səsi

ABŞ din azadlığının boğulmasına göz yummayacaq

ABŞ din azadlığının boğulmasına göz yummayacaq

ABŞ Dövlət Departamentinin din azadlığına dair son hesabatında İran və Şimali Koreya kimi hökumətlərin dini düşüncə və ifadəyə nəzarət etməsi siyasi və mülki həyatlara müdaxilə kimi qiymətləndirilir. Hesabat haqda açıqlama verən dövlət katibi Hillari Klinton deyib ki, İranın dini azlıqları buna daha çox məhkumdur. “Sünni müsəlmanlar, xristianlar, yəhudilər, sufilər, əhmədilər və hökumətin görüşlərini paylaşmayan digərləri”.

Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə yardımçısı Maykl Pozner İrandakı bəhayilərin vəziyyətini xüsusi qeyd edib. “Bəhayilərin liderləri arasında 20 il müddətinə azadlıqdan məhrum edilənlər var. Hökumət həbs müddətini 10 ilə endirsə də, yenidən 20 ilə qaldırıb. Bəhayilərin 8 lideri hazırda həbsdədir. Onların uşaqları adi məktəblərə gedə bilmir”.

Dövlət Departamentinin din azadlığına dair hesabatında deyilir ki, Gonabad şəhərində İranın sufi icmasının üzvləri həbs edilib, qəddar münasibətlə üzləşib. Siyasətdə dinin yer almasının əleyhinə olan şiələr, Ayətulla Hüseyn Kazemeini Borojerdi və onun 17 tərəfdarı dəmir barmaqlılar arxasında saxlanılır. Hökumətin anti-semitizm təbliğatı yəhudlərin vəziyyətini ağırlaşdırıb. İki xristian keşiş mürtədlik ittihamı ilə ölüm cəzadına məhkum edilib. 2010-cu ilin iyul və dekabr ayları arasında 160 xristian həbs edilib. Onların 33-ü hələ də həbsdə saxlanılır və saxlandıqları yerlər bəlli deyil.

Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə yardımçısı Maykl Pozner deyib ki, din azadlığına ehtiram dünyanın hər bir ölkəsində hökumətlərin borçudur. İran kimi ölkələrin liderləri öz vətəndaşlarının din azadlığını boğmaqla, qüdrətini nümayiş etdirir. ABŞ bu kimi repressiyalara göz yummayacaq.

XS
SM
MD
LG