Accessibility links

ABŞ iqtisadiyyatında azacıq da olsa inkişaf müşahidə edilməkdədir

ABŞ dollarının dəyəri Avro ilə nisbətdə 5.1 faiz yüksəlib. 13 yaşlı avro hələ yeniyetmə yaşına çatmasa da, başına gəlməyən qalmayıb.

Avro hələ yeni yarananda bir çox problemlərlə üzləşmişdi. Ancaq problemlərə baxmayaraq dollarla rəqabəti qoruya bildi və dəyərini böyük qücə malik ABŞ dolları ilə eyni saxladı. Hətta 2007-ci ilin maliyyə böhranını və daha sonra iqtisadi tənəzzül dövrü belə avro öz dəyərini saxlaya bildi.

Ancaq indi – Avropa məkanında iqtisadi tənəzzülün ikinci dəfə geri qayıtması ilə bazarlar avroya qarşı yönəlib.

Məsələ yalnız avronun zəifləməsi ilə yox, həm də dolların güclənməsi ilə bağlı ola bilər. ABŞ iqtisadi statistikası 2011-ci ilin sonunadək işsizlik səviyyəsinin və hökumət borclarının yüksək olduğunu göstərir.

Ancaq indi bu sahələrdə azacıq da olsa inkişaf müşahidə edilir.

Keçən həftə ABŞ rəsmiləri açıqlayıb ki, dekabr ayında 200 min yeni iş yeri açılıb. İşsizlik səviyyəsi hazırda 8.5 faizdir. İki il əvvəl bu göstərici 10.1 faiz idi. Avropa məkanından fərqli olaraq 2012-ci ildə ABŞ-da iqtisadi tənəzzülün yenidən yaşanacağı gözlənilmir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG