Accessibility links

ABŞ Dövlət Departamenti:Türkiyə NATO-nun Liviya üzrə missiyasının bir hissəsidir


ABŞ Dövlət Departamenti:Türkiyə NATO-nun Liviya üzrə missiyasının bir hissəsidir

ABŞ Dövlət Departamenti:Türkiyə NATO-nun Liviya üzrə missiyasının bir hissəsidir

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Filip Qordon Dövlət katibi Klintonun Berlində NATO xarici işlər nazirləri ilə görüşləri, NATO-Gürcüstan, NATO-Ukrayna Komissiyaları, habelə NATO-Rusiya Şurasının iclaslarına dair açıqlamalar verib.

Filip Qordon NATO iclaslarının Liviya və Əfqanıstan üzərində mərkəzləşdiyini, alyans üzrə tərəfdaşlıq məsələlərinin diqqət mərkəzində olduğunu deyib. Filip Gordonun bildirdiyinə görə, ABŞ Dövlət katibi Almaniya kansleri Angela Merkel, habelə Almaniya, Rusiya, Ukrayna, Britaniya, Fransa və Türkiyə xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. O bu görüşlərdə NATO-nun alyansa üzv olmayan ölkələrlə tərəfdaşlıq priniplərinin müzakirə edildiyini deyib. Filip Qordon bildirib ki, NATO-Gürcüstan Komissiyasının iclasında ABŞ-ın Gürcüstanın NATO-ya üzv olmaq istəyi, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi ifadə edilib. Filip Qordon NATO-Ukrayna Komissiyasının iclasında ABŞ-ın Ukraynada iqtisadi və demokratik islahatlara dəstək bildirdiyini və Ukraynanın NATO əməliyyatlarına dair öhdəliklərini alqışladığını deyib. “NATO-Rusiya Şurasında nazirlər Liviyada vəziyyət, Lissabon sammitində razılaşdırıldığı kimi, raketlərdən müdafiə sahəsində əməkdaşlıq və Avropada adi silahların gələcəyi ilə bağlı müzakirələr aparıb”-deyə o bildirib.

Jurnalistlərin suallarına cavab verən Filip Qordon Türkiyənin Liviyada atəşkəs səylərində rolunu şərh edib. O deyib ki, Türkiyə Liviyanın siyasi gələcəyini müzakirə edən beynəlxalq koalisiya çərçivəsində prosesin bir hissəsidir. “Biz Türkiyə və bir sıra müttəfiqlərimizlə lazım olan işləri, əvvəla, atəşkəsə nail olmaq, cənab Qəzzafinin hakimiyyətdən getməsini təmin etmək və liviyalılara bundan sonra hərtərəfli siyasi prosesə qoşulmağa kömək etmək kimi məsələləri müzakirə etmişik”-deyə o bildirib.

Ermənistan-Türkiyə münasibətlərinə dair sualı cavablandıran Filip Qordon NATO çərçivəsində görüşlər zamanı məsələnin gündəmə gəlmədiyini deyib. Lakin o bildirib ki, ABŞ və Türkiyə rəsmiləri arasında keçirilən görüşlərdə bu məsələnin müzakirəsi yer alır. Onun sözlərinə görə, bu, ABŞ üçün mühüm məsələdir və son bir neçə ildə bu istiqamətdə səylərə dəstək verilib. O deyib ki, hazırda səylər durğunluq vəziyyətindədir və ABŞ buna təəssüf edir, çünki Birləşmiş Ştatlar münasibətlərin normallaşması prosesi, münasibətlərin qurulmasının hər iki ölkənin mənafeyinə uyğun olduğuna inanır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG