Accessibility links

ABŞ Dövlət Departamenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamır

  • Nərminə Cəlalqızı

ABŞ Dövlət Departamenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamır

ABŞ Dövlət Departamenti: Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində tərəf saxlamır

Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsində sülh razılığının əldə edildiyini görmək istədiyini deyən Dövlət Departamentinin rəsmisi qeyd edib ki, ABŞ bu məqsədə nail olmaq üçün hər iki tərəflə, həm Azərbaycan, həm də Ermənistanla əməkdaşlıq edəcək.

Azərbaycanın bəzi rəsmilərinin Birləşmiş Ştatları və Minsk Qrupunu Ermənistanın tərəfini saxlamaqda ittiham etməsindən sonra Birləşmiş Ştatlar Dövlət Departamenti sözçüsünün müavini vəzifəsini icra edən Mark C. Toner Amerikanın Səsinin Azərbaycan şöbəsinə verdiyi müsahibədə Birləşmiş Ştatların Dağlıq Qarabağ konfliktində heç bir tərəf saxlamadığını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən Minsk Qrupunun səylərini ən yüksək səviyyədə dəstəklədiyini deyib.

Azərbaycan mediasının iddialarına cavab verən cənab Toner Azərbaycanla münasibətlərdə heç bir soyuqluq olmadığını və ATƏT-in Minsk Qrupunun həmsədri kimi konfliktin uzun dönəmdə həll olunmasında Birləşmiş Ştatların hər iki tərəf - həm Azərbaycan, həm də Ermənistanla - ortaq razılığa gəlinməsi yolunda çalışdığını deyib.

“Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır. Lakin biz tərəf saxlamırıq. Biz Minsk Prosesini dəstəkləyirik və münaqişənin dinc yolla həll edilməsinə tərəfdarıq.”

Türkiyə-Ermənistan danışıqlarına gəldikdə isə cənab Toner bunları deyib: “Biz Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik. Bu, regionun maraqlarına uyğundur. Eyni zamanda biz Minsk Prosesini ən yüksək səviyyədə dəstəkləyirik. Biz Dağlıq Qarabağ münaqişəsində sülh razılığının əldə edildiyini görmək istəyirik və buna nail olmaq üçün hər iki tərəflə, həm Azərbaycan, həm də Ermənistanla işləyəcəyik”.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla görüşü və Türkiyənin Dağlıq Qarabağ münaqişəsində mümkün rolu haqda şərh verən Cənab Toner bu ölkənin ABŞ-ın güclü tərəfdaş və müttəfiqi kimi regionda konstruktiv rol oynadığını qeyd edib.

“Türkiyə regionda güclü tərəfdaş və müttəfiqdir. Biz inanırıq ki, o regionda konstruktiv rol oynayır. Əlbəttə nazir Davudoğlu ilə görüşdə Dağlıq Qarabağ situasiyası və Minks prosesi müzakirə olundu. Bizim region üçün hədəflərimiz Ermənistanla Türkiyə, habelə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır və biz hər iki hədəfə nail olmaq üçün öhdəlik götürmüşük.

XS
SM
MD
LG