Accessibility links

ABŞ Dövlət Departamenti "Din Azadlığı" adlı illik hesabatını açıqlayıb

  • Amerikanın səsi

ABŞ Dövlət Departamenti "Din Azadlığı" adlı illik hesabatını açıqlayıb

ABŞ Dövlət Departamenti "Din Azadlığı" adlı illik hesabatını açıqlayıb

Dövlət katibi Hillari Klinton İranın dini azadlıqlara qarşı olduğunu və bu baxımdan ən çox hüquqları pozan ölkə olduğunu deyib

Birləşmiş Ştatlar Dövlət Departamenti din azadlığı haqda illik hesabatını açıqlayıb. Dövlət katibi Hillari Klinton ekstremistlərin dini azadlıqlara qarşı olduğunu və bu baxımdan ən çox hüquqları pozan ölkənin İran olduğunu deyib.

Məhtab Fəridin atası İranın ölkədə azlıq təşkil edən bahailərin universitetlərdə təhsil almalarına qoyulan qadağaya qarşı çıxdığı üçün həbs edilib. Məhtab atasının günahının İran hökumətinin bəhai gənclərin ali təhsil almalarına qoyulan qadağaya qarşı olaraq, onların təhsil almaları üçün universitet təsis etməyə çalışması olduğunu deyir.

Məhtab İranda bəhailərə pis münasibətlə bağlı Vaşinqtonda keçirilən yığıncağa qatılıb. O, atasının məhkəməsinin ədalətli keçəcəyinə ümid etdiyini deyir. “Biz hamımız çox-çox narahat və ümidsizik. Bizə yalnız dua etmək qalır.”

Bahailər Birləşmiş Ştatlarda və digər ölkələrdə azad yaşayırlar. Lakin Dövlət Departamentinin Din Azadlığı adı altında açıqladığı hesabatda İran hökumətinin şiə qanunlarına əsaslanaraq təqib, ayrı-seçkilik, həbslər və hədə-qorxu həyata keçirdiyi bildirilir.

Dövlət katibi Hillari Klinton İranda bəhailərin təqiblərə ən çox məruz qalan azlıqlardan olduğunu deyir. “İranda olan sufi müsəlmanlar, yevangelist xristianlar, yəhudilər, bəhailər, sünnilər, əhmədilər və digər təriqətlərin üzvləri repressiyalara məruz qalır” - deyə xanım Klinton bildirir.

Lakin Dövlət Departamenti Məhtab Fəridin atasına yardım edə biləcəkmi? Bəli, - deyə, demokratiyanı təşviq edən Freedom House-un təmsilçisi Syu Qunavardena-Vaun bildirir. “Bu cür hesabatlar mühüm həmrəylik, dəstək əlamətidir. ABŞ-ın bu adamların səsinə səs verməsi bəhailərin çəkidikləri əziyyət haqda dünyanı məlumatlandırır.”

Məhtab Fərid isə nə olursa olsun, atasının cəsarətli olduğunu bildiyini deyir.

XS
SM
MD
LG