Accessibility links

ABŞ Dövlət Departamenti: "Seçki günü və seçkiöncəsi proses zamanı ciddi problemlər qeydə alınıb"


ABŞ Dövlət Departamenti: "Seçki günü və seçkiöncəsi proses zamanı ciddi problemlər qeydə alınıb"
ABŞ Dövlət Departamenti: "Seçki günü və seçkiöncəsi proses zamanı ciddi problemlər qeydə alınıb"

Dövlət Departamenti Azərbaycanda parlament seçkilər barədə bəyanat açıqlayıb. Bəyanatda Azərbaycan hökuməti bir daha toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırılır.

ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən parlament seçkiləri barədə bəyanat açıqlayıb. Dövlət Departamentinin sözçüsü Filip Krouli adından “Azərbaycanda parlament seçkiləri” başlığı ilə açıqlanan bəyanatda deyilir:

“Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkiləri sakit, bütün müxalif partiyaların, o cümlədən yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilib. Buna baxmayaraq, seçkilər beynəlxalq standartlara cavab verməyib. Biz “Azərbaycanda seçki nəticələrinin demokratiyanın inkişafında mühüm irəliləyiş üçün kifayət etmədiyini deyən ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları İdarəsinin missiyasının dəyərləndirməsini dəstəkləyirik”.

Qadınların seçkilərdə iştirakı ilə yanaşı, mərkəzləşdirilmiş qeydiyyat və yerli müşahidəçilərin sayının rekord göstəricisi daxil olmaqla, seçkilərin bəzi texniki aspektlərinin inkişaf faizində artım qeydə alınıb. Bununla yanaşı, seçki günü və seçkiöncəsi proses zamanı ciddi problemlər qeydə alınıb.

Biz seçkiöncəsi mühitin nəmizədlərin balanslı media çıxışı çatışmazlığı ilə müşayiət olunduğunu, ifadə və toplaşma kimi fundamental azadlıqların məhdudlaşdırılmasının davam etdiyini, namizədlər üçün qeyri-bərabər mübarizə meydanı ilə nəticələnən çox az namizədin qeyd alınması prosesinin müşahidə olunduğunu bildirən ATƏT-in Müşahidə Missiyasının narahatlıqlarını bölüşürük. Seçki günü ATƏT-dən olan həmkarları kimi ABŞ-ın Bakıdakı səfirliyinin müşahidəçiləri bülletenlərin qutulara kütləvi şəkildə atılması da daxil olmaqla seçki prosedurlarında ciddi pozuntular qeydə alıblar.

Biz indi Azərbaycan hökumətinin diqqətini seçki şikayətlərinə ədalətli, şəffaf şəkildə və yubadılmadan baxılmasına, seçkilərin demokratik keçirilməsinə mane olmaqda şübhəli bilinən rəsmilərin cavabdehliyini təmin etməyə yönəltməyə çağırırıq. Biz bir daha Azərbaycan hökumətini toplaşmaq və ifadə azadlığına hörmət etməyə çağırırıq".

XS
SM
MD
LG