Accessibility links

ABŞ Dövlət Departamenti vətəndaşlarını sayıqlığa çağırıb

  • Amerikanın səsi

ABŞ Dövlət Departamenti vətəndaşlarını sayıqlığa çağırıb

ABŞ Dövlət Departamenti terror təhlükəsi səbəbi ilə Özbəkistandakı Amerika vətəndaşlarını sayıqlığa çağırıb. Departamentin bəyanatında deyilir ki, hökumət terrorçu qruplaşmaların ABŞ-ın Özbəkistandakı maraqlarına qarşı hücumlar planlaşdırdığına dair məlumatlar əldə edir. Bu qruplaşmalar arasında Özbəksitanın İslam Hərəkatı, Əl-Qaidə, İslam Cihad Birliyi və Şərqi Türküstanın İslam Hərəkatının adı çəkilir. Amerika əleyhinə olan bu qruplar ABŞ-ın Daşkənddəki səfirliyinə hücum edib. Onlar sui-qəsdlər, girov götürmələr və kamikadze hücumlarının arxasında durur. Amerika vətəndaşlarına Əfqanıstan, Tacikistan və Qırğızıstan sərhəd bölgələrindən uzaq durmaq tövsiyə edilir.

XS
SM
MD
LG