Accessibility links

ABŞ Dövlət Departamenti Wikileaks-in təsisçisinə xəbərdarlıq etdi


ABŞ Dövlət Departamenti Wikileaks-in təsisçisinə xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti Wikileaks-in təsisçisinə xəbərdarlıq etdi

ABŞ Dövlət Departamentinin hüquq müvəkkili Wikileaks-in banisi Culian Assanj və onun vəkilinə göndərdiyi məktubda xəbərdarlıq edib ki, cənab Assanjın məxfi ABŞ sənədlərini açıqlamaq məramı Amerika qanunlarını pozur. Harold Koh noyabrın 27-də imzaladığı məktubda Culian Assanjın ABŞ-ın Britaniyadakı səfirinə ABŞ hökumətinə məxsus sənədləri dərc edəcəyi barədə yazdığı məktubu cavablandırır. Dövlət Departamentinin məktubunda xəbərdarlıq olunur ki, informasiyanın açıqlanması Amerika əsgərlərinin, jurnalistlərin və hüquq müdafiəçilərinin həyatlarını risk qarşısında qoyur. Həmçinin bildirilir ki, belə bir addım terrorizm, epidemiya və nüvə silahlarının yayılmaması sahələrində millətlərarası əməkdaşlığa ziyan vura bilər.

XS
SM
MD
LG