Accessibility links

ABŞ Dövlət Departamenti Üsama bin Ladeinin ölümündən sonra xaricdə olan amerikalıları sayıq olmağa çağırıb

Xəbərdarlıqda deyilir ki, terrorçu liderin ölümü bəzi yerlərdə amerikalılar əleyhinə zorakılıq hallarının artmasına səbəb ola bilər

ABŞ Dövlət Departamenti xaricdə yaşayan və ya xaricə səfər edən amerikalıları Üsama bin Ladenin ölümündən sonra sayıq olmağa çağırır.

Bu gün açıqlanan səyahət xəbərdarlığında deyilir ki, terrorçu liderin ölümü bəzi yerlərdə amerikalılar əleyhinə zorakılıq hallarının artmasına səbəb ola bilər.

Xəbərdarlıqda təhlükəli yerlərdə olan ABŞ vətəndaşlarının evlərdən və otellərdən çıxmalarını mümkün qədər məhdudlaşdırmaları, kütləvi toplantılardan və nümayişlərdən uzaq durmaları tövsiyə olunur.

Xəbərdarlıqda xaricdə yaşayan amerikalılara yerli qəzetləri izləmək və yaxınlıqdakı ABŞ səfirliyi və ya konsulluqla müntəzəm əlaqə saxlamalarına dair məsləhətlər verilir.

XS
SM
MD
LG