Accessibility links

ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı hesabatı Azərbaycanda qismən qəbul edilir


"Təmiz Dünya" Qadınlara İctimai Yardım Birliyinin rəhbəri Mehriban Zeynalova

"Təmiz Dünya" Qadınlara İctimai Yardım Birliyinin rəhbəri Mehriban Zeynalova

Hesabatda deyilir ki, Azərbaycan həm insan alveri qurbanlarının mənbəyi, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir.

ABŞ Dövlət Departamenti dünyada insan alveri sahəsində vəziyyətlə bağlı illik hesabatını açıqlayıb. Hesabatda deyilir ki, Azərbaycan həm insan alveri qurbanlarının mənbəyi, həm tranziti, həm də qurbanların gəldiyi ölkədir.

Rusiyada kişilərin qul əməyinə məcbur edilməsi faktları var, qadınlar və qızlar isə Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Rusiya və İranda fahişəliyə məcbur edilir. Həmçinin, Azərbaycan daxilində fahişəliyə və dilənçiliyə məcbur edilmə faktları mövcuddur.

Moldova, Özbəkistan və Qazaxıstandan qadınlar fahişəliklə məşğul olmaq üçün Azərbaycan vasitəsilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə göndərilir. Azərbaycanda Ukrayna, Qazaxıstan, Rusiya və Moldovadan olan qadınlar fahişəliklə məşğul olur.
”Təmiz Dünya” Qadınlara İctimai Yardım Birliyinin rəhbəri Mehriban Zeynalova Dövlət Departamentinin hesabatının Azərbaycanda aid hissəsi ilə qismən razılaşır. Onun dediyinə görə, bu il Azərbaycandan ilk dəfə olaraq mənbə ölkəsi ikimi Hindistan və Pakistana qadınların aparılması faktı qeydə alınmayıb.

Hüquq müdafiəçisinin fikrincə, insan alverinə qarşı mübarizə ilə bağlı ölkə qanunvericiliyi beynəlxalq standartlara tam cavab verir. Xanım Zeynalova beynəlxalq standartların tətbiqində də yaxşı göstəricilərin olduğunu diqqətə çatdırır.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin miqrasiya idarəsinin rəisi Rauf Tağıyev “Amerikanın səsi” radiosuna bildirib ki, hesabatda Azərbaycanda Bosniya, Serbiya, Makedoniya və Çindən olan kişilərin məcburi əməklə məşğul olması barədə yazılanlar reallığı əks etdirmir. Yalnız Serbiya ilə bağlı müəyyən problemlər olub, o da aradan qaldırılıb.

Cənab Tağıyev bildirib ki, hazırda Azərbaycanda yeddi minədək qeydiyyatda olan əmək miqrantı fəaliyyət göstərir.

XS
SM
MD
LG