Accessibility links

ABŞ Dövlət katibi 4 iyulda Bakıda olacaq


Dövlət Departamentinin bu gün təşkil etdiyi brifinqdə dövlət katibinin müavini Filip Gordon Hillari Klintonun Polşa, Ukrayna və Cənubi Qafqaz ölkələrinə iyulun 1-də başlayacaq səfəri barədə məlumat verib

Dövlət Departamentinin bu gün təşkil etdiyi brifinqdə Hillari Klintonun Polşa, Ukrayna və Cənubi Qafqaz ölkələrinə iyulun 1-də başlayacaq səfərinin detalları açıqlanıb.

Dövlət Katibi Klinton Ukrayna və Polşadan sonra Azərbaycan, Ermənistan və Gürcüstana səfəri zamanı bu ölkələrlə qarşılıqlı əlaqələrin əhəmmiyyətini vurğulayacaq. Dövlət Departamentinin rəsmisi xanım Klintonun Cənubi Qafqaza səfərinin regional münaqişələrin həlli və regionda sülh və sabitliyin möhkəmləndirilməsi məqsədi daşıdığını deyib. Onun dediyinə görə, xanım Klinton İyulun dördündə Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. O, Azərbaycanda olduğu vaxt gənçlər qarşısında edəcəyi çıxışında media azadlığı və siyasi prosesdə iştirakla bağlı başqa məsələlər barədə danışacaq. Xanım Klinton həmin gün Yerevana səfər edərək, Ermənistan prezidenti Sarkisyan və xarici işlər naziri Nalbandyanla görüşəcək. O, Yerevanda olarkən vətəndaş cəmiyyəti təmsilçiləri ilə insan hüquqları, demokratikləşmə və media azadlığı məsələlərini müzakirə edəcək.

Birifinqde Flip Gordon Böyük səqqizliyin sammiti vaxdı prezidentlərin Qarabağ münaqişəsi barədə verdikləri bəyanatla Dövlət Katibinin regionda aparacağı görüşlər arasındakı əlaqə barədə jurnalistlərin suallarına cavab verib: “Prezidentlər indiyə qədər əldə edilmiş tərəqqinin fərqindədirlər və tərəflərin danışıqlarının çərçivəsini təşkil etməli olan prinsipləri bilirlər. Birləşmiş Ştatlar həmin prinsiplər barədə qəti öhdəlik götürüb.”

O bunu da qeyd edib ki, ABŞ tərəfləri eyni istiqamətdə irəliləmək barədə həvəsləndirməkdə qətiyyətlidir. Cənab Gordon deyib ki, böyük səqqizliyin keçən il İtaliada olduğu kimi bu il də Kanadada verdiyi bəyanatla Minsk Qrupu prosesi barədə öhdəliyini və bizim bu məsələdə irəlləyiş əldə edilməsi arzumuzu nümayiş etdirir. O bu yaxınlarda təmas xətdindəki toqquşmalar barədə də deyib ki, bu zorakılıqlar sabitliyin daimi olmadığını və hansısa işlərin görülməsinə ehtiyacı nümayiş etdirir, buna görə də biz Minsk prosesi və diplomatiyaya bu dərəcədə üstünlük veririk. Flip Qordon qeyd edib ki, proses ABŞ-ın arzu etdiyindən daha uzun vaxt aparıb və istənilən bir konfliktə zorakığın baş verməsi Birləşmiş Ştatları narahat edir və Dövlət Katibinin konfliktə tərəf olan ölkələrə səfərinin məqsədlərindən biri də prosesdə necə irəliləyiş əldə olunması məsələsinin müzakirəsidir: “Minsk prosesində irəliyə doğru addımlamaq Ermənistanın da Azərbaycanın da xeyrinə olardı və Dövlət Katibi iki ölkəyə səfərləri zamanı prezidentlərin bir neçə gün bundan əvvəl Torontoda dediklərinin əhəmmiyyətini vurğulayacaq.”

Cənab Gordon bir jurnalistin sualına cavab olaraq Ermənistan və Azərbaycanın Helsinki prinsiplərini qəbul etdiklərini və gücdən istifadə olunmaması və ya belə bir hədənin irəli sürülməməsinin bu prinsiplərin başında olduğunu xatırladıb. O deyib ki, biz tərəflərin Helsinki prosesinin bütün müddəalarına riayət etmək barədə öhdəliklərini yerinə yetirmələrini gözləyirik. Prezidentlərin Toronto bəyanatında erməni qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan geri çəkilməsi məsələsinə də toxunulduğunun xanım Klintonun Ermənistana səfəri zamanı bu məsələni də qaldırıb qaldırmayacağı barədə bir jurnalistin sualının cavabında cənab Gordon deyib ki, Toronto bəyanatında göstərilən bütün prinsiplər onlar üçün mühümdür: “ Məncə prezidentlərin Toronto bəyanatlarında bəhs etdikləri bütün prinsiplər bir yerdə, hamılıqla bizim üçün çox mühümdür və biz onların tamamı barədə irəliləyiş,öhdəlik görmək istəyirik.”

Cənab Gordonun dediyinə görə Cənubi Qafqaza səfərinin axırında xanım Klinton Yerevandan Gürcüstana gedəcək. O Tbilisidə prezident Saakaşvili, ölkənin başqa yüksək vəzifəli rəsmiləri və müxalifət nümayəndələri ilə, habelə qadın hüquqları təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcək, ABŞ - Gürcüstan Strateji əməkdaşlığının vəziyyətini və Gürcüstanda bu yaxınlarda keçirilən bələdiyyə seçkilərinin nəticələrini müzakirə edəcək.

XS
SM
MD
LG