Accessibility links

ABŞ dövlət katibi ATƏT-in Əfqanıstanda rolunu artırmalı olduğunu deyib


ABŞ dövlət katibi ATƏT-in Əfqanıstanda rolunu artırmalı olduğunu deyib

ABŞ dövlət katibi ATƏT-in Əfqanıstanda rolunu artırmalı olduğunu deyib

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Əfqanıstandakı rolunu artırmalı və region boyu iqtisadi inkişafa təkan verməlidir. Qazaxıstanda iki günlük ATƏT sammitinin başlanğıcında xanım Klinton söylədi ki, orta Asiyanın hər hansı bir guşəsində baş qaldıran təhlükə bütün regiona təhlükə törədir. Onun sözlərinə görə, ATƏT təkcə Əfqanıstandakı rolunu gücləndirnməklə yanaşı qurum daxilində baş verən böhrana effektiv cavab verə bilməlidir.

Əfqanıstan prezidenti Həmid Karzay ATƏT dövlətlərinin Əfqanıstanı gücləndirməkdə yardım göstərdiklərini bildirib. "On illərlə davam edən müharibə və dağıntıdan sonra Əfqanıstan siyasi, iqtisadi və soisal həyatının yeni mərhələsinə qədəm qoyub"- deyə o, bildirib.

60 ölkənin rəsmiləri Astanada ATƏT-in son 11 ildə birinci samitinə toplaşıblar. ABŞ dövlət katibi Hillari Klinton Qazaxıstana səfərinin ardınca Qırğızıstan, Özbəkistan və Bəhreynə gedəcək.

XS
SM
MD
LG