Accessibility links

ABŞ dövlət katibi Fransaya səfər edir


ABŞ dövlət katibi Fransaya səfər edir
ABŞ dövlət katibi Fransaya səfər edir

Birləşmiş Ştatların Dövlət katibi Hillari Klinton Avropa rəsmiləri ilə görüşmək və Liviyada vəziyyəti müzakirə etmək üçün Fransaya səfər edir. Xanım Klintonun Parisə iki günlük səfəri çərçivəsində Liyiyanın müxalifət üzvləri ilə görüşəcəyi planlaşdırılır. Fransa və Britaniya BMT-nin Təhlükəsizlik Şurası ilə Liviya səmalarından uçuşlara qadağa qoyulması barədə qətnamə hazırlayırlar. Birləşmiş Ştatlar da uçuşlara qadağa ilə bağlı qətnamədə iştirak etməyi planlaşdırsa da, hər hansı bir qərar qəbul etməzdən əvvəl hüquqi mandat əldə edilməsini istəyir.

Çərşənbə axşamı isə xanım Klintonun Misir və Tunisə səfəri planlaşdırılır.

XS
SM
MD
LG