Accessibility links

ABŞ Dövlət katibi Hillari Klinton Cənubi və Mərkəzi Asiya ölkələrinə səfərini başa vurur


ABŞ Dövlət katibi Hillari Klinton Cənubi və Mərkəzi Asiya ölkələrinə səfərini başa vurur
ABŞ Dövlət katibi Hillari Klinton Cənubi və Mərkəzi Asiya ölkələrinə səfərini başa vurur

ABŞ Dövlət katibi Hillari Klinton Cənubi və Mərkəzi Asiyanın dörd ölkəsinə səfərini başa vurur. Səfər zamanı xanım Klinton region ölkələrinin liderləri ilə terrorizm, iqtisadiyyat və insan hüquqlarının vəziyyəti məsələlərini müzakirə edib. Şənbə günü Özbəkistan paytaxtı Daşkənddə danışan dövlət katibi prezident İslam Kərimova ABŞ-ın Əfqanıstandakı qüvvələrinə dəstəyə görə təşəkkürünü bildirib. Lakin o, ölkədə insan hüquqlarının vəziyyətilə bağlı narahatlıqlarını dilə gətirib və Özbəkistan prezidentini islahatlar keçirməyə çağırıb. ABŞ rəsmiləri insan hüquqlarını pozmaqda günahlandırılına prezident Kərimovun demokratikləşmə istiqamətində inkişafa nail olmağa söz verdiyini bildirir. Xanım Klinton eyni mesajı Düşənbədə olduğu zaman Tacikistan prezidenti İmoməli Rəhmona da çatdırıb. O hər iki lideri xəbərdarlıq edib ki, onların din azadlıqlarının məhdudlaşdırılması səyləri iğtişaşlara gətirib çıxara bilər. ABŞ dövlət katibi Birləşmiş Ştatların Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsini nəzərdə tutan “Yeni İpək Yolu” layihəsinə dəstək qazanmağa çalışıb.

XS
SM
MD
LG