Accessibility links

ABŞ dövlət katibi İraqın siyasi partiyalarını koalisiya hökumətinin yaradılmasına çağırıb


Hillari Klinton Vaşintonda İraqın xarici işlər naziri Hoşyar Zebari ilə görüşüb

ABŞ dövlət katibi Hillari Klinton İraqın siyasi partiyalarını seçkilərin yekunlaşdırılması və koalisiya hökumətinin yaradılmasına çağırıb. Bu gün Vaşintonda İraqın xarici işlər naziri Hoşyar Zebari ilə görüşündən sonra xanım Klinton deyib ki, Amerika İraqdakı yubadılmalardan narahatdır. Dövlət katibi İraq siyasətçilərini aralarındakı fikir ayrılıqlarının həllinə və təcili şəkildə hökumətin təşkilinə cağırıb. Mart ayı seçkilərindən sonra İraqın iki əsas partiyası hökumətin təşkili barədə razılığa gələ bilmir. Belə ki, partiyaların heç biri 325 yerli parlamentdə əksəriyyət əldə edilməsi üçün lazımi səs toplamayıb.

XS
SM
MD
LG