Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Tunisə səfər edir


ABŞ dövlət katibi Hillari Klinton Tunisə səfər edir
ABŞ dövlət katibi Hillari Klinton Tunisə səfər edir

Tunisdə səfərdə olan Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton ölkənin müvəqqəti hökumətini iqtisadi islahatlar aparmağa çağırıb. Xanım Klinton Tunisə Misirə demokratik islahatlar barədə danışıqlar məqsədi ilə iki günlük rəsmi səfərindən sonra dünən gecə gəlib. Hillari Klinton prezident Zine Əl-Abdin Ben Əlinin yanvar ayında devriləndən sonra ABŞ-ın bu ölkəyə səfər edən ən yüksək səviyyəli rəsmisidir.

Yaxıln Şərqdə baş qaldıran başqa inqilablar kimi Tunisdə də yüksək işsizlik səviyyəsi inqilabı alovlandıran başlıca faktorlardan idi. Tunisin Qırmız Aypara Cəmiyyətinə baş çəkən xanım Klinton inqilabın xalqda ümidlər yaratdığını söyləyib və ümid etdiyini bildirib ki, inqilabın nəticələri siyasi və iqtisadi islahatlarda hiss olunacaq.

XS
SM
MD
LG