Accessibility links

ABŞ dövlət katibi Livan prezidenti ilə ölkədə vəziyyəti müzakirə edib

  • Amerikanın səsi

ABŞ dövlət katibi Livan prezidenti ilə ölkədə vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Livan prezidenti ilə ölkədə vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Hillari Klinton Livanın müstəqilliyi və sabitliyini dəstəkləyib, lakin eyni zamanda, Livan prezidenti Mişel Süleymanla söhbəti zamanı müzakirə edilən ölkədəki gərginliklə bağlı narahatlığını bildirib. Dünən cənab Süleyman ilə telefon söhbətində xanım Klinton Livanda dövlət təsisatlari quruculuğunun Vaşınqton üçün mühümlüyini təsdiqləyib və Livanda artan gərginlik haqda danışıb. O eyni zamanda, ABŞ-ın BMT-nin baş katibi Ban Ki-munun 2005-ci lidə sabiq Livan baş naziri Rafiq al-Həririnin qətlinin tribunal təhqiqatlarının müdaxilə olunmadan davam etdirilməsi fikrini dəstəklədiyini bildirib. BMT-nin baş katibi bu ayın əvvəli tribunalın apardığı təhqiqatı müdafiə edərək, livanlıları və regional partiyaları təhqiqatın nəticəsini vaxtından əvvəl qiymətləndirməməyə və ya bu məsələyə qarışmamağa çağırıb.

XS
SM
MD
LG