Accessibility links

ABŞ dövlət katibi Britaniya və Türkiyə səfərini ləğv edib


ABŞ dövlət katibi Britaniya və Türkiyə səfərini ləğv edib
ABŞ dövlət katibi Britaniya və Türkiyə səfərini ləğv edib

ABŞ dövlət katibi Hilari Klinton 92 yaşlı anası xəstələndiyi üçün bazar ertəsi London və Türkiyəyə səfərini ləğv edib. Klinton bir sıra məsələləri müzakirə etmək üçün regional görüşə qoşulmalı idi. Dünən səhər dövlət katibi Klinton deyib ki, Türkiyə iqtisadi və dünya səhnəsidə potensialından tam bəhrələnmək istəyirsə ölkədə demokratiyanı möhkəmləndirməlidir. Klinton Vaşınqtonda Amerika-Türkiyə Şurasına bildirib ki, parlaq Türkiyə iqtisadiyyatı azad fikir mübadiləsi və ədalətli qanunlara əsaslanmalıdır. ABŞ ümid edir ki, Türkiyə konstitusiyasındakı islahat prosesində insan haqlarına kifayət qədər diqqət yetiriləcək.

XS
SM
MD
LG