Accessibility links

ABŞ Dövlət Katibi müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

  • Bəxdiyar Namazov

ABŞ Dövlət Katibi müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

ABŞ Dövlət Katibi müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Dünyanın presidenti olmayan problemlərlə üzləşdiyini xatırladan xanım Klinton Prezident Obamanın rəhbərliyi altında Amerika Birləşmiş Ştatlarının müsəlman ictimayyətləri ilə yeni tərəfdaşlıq yaratmaq üçün işlər gördüyünü söyləyib

Hillari Klinton müsəlman dünyasına müraciətlə deyib ki, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan, sülhsevər və firavan gələcəyə doğru bərabər işlər görə bilərik

ABŞ Dövlət Katibi Hillari Klinton Ramazan bayramı münasibətilə ABŞ-ın müsəlman vətəndaşlarını və Dünya müsəlmanlarını təbrik edib. O, Ramazan bayramı münasibəti ilə verdiyi bəyanatında həyat yoldaşı Bill Klinton ilə bir yerdə ilk dəfə Ramazan bayramını Ağ Evdə 1996-cı ildə keçirdiyini, və o zamandan bəri, bu bayramı hər il qeyd etməkdən zövq aldığını bildirib. Bu bayram münasibəti ilə köhnə dostlarıyla görüşməkdən və yeni dostlarla tanış olmaqdan sevindiyini qeyd edib.

Xanım Klinton bayram mesajında qeyd edib ki “ Ağ Evdəki ilk bayram mərasimindən sonra keçən 14 il ərzində, dünya hələdə qəfil dəyişikliklər və presidenti olmayan problemlərlə üzləşməkdədir. Prezident Obamanın rəhbərliyi altında Amerika Birləşmiş Ştatları müsəlman ictimayyətləri ilə yeni tərəfdaşlıq yaratmaq üçün işlər görür. Biz körpü qurmaq istəyirik. Biz yalnız Yaxın Şərqdə sülh körpüsü deyil, eyni zamanda biri birini anlama körpüsü qurmaq istəyirik.” ABŞ Dövlət Katibi əlavə edib ki, “Biz inanırıq ki, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan, sülhsevər və firavan gələcəyə doğru bərabər işlər görə bilərik.”

“ Mən Dövlət Departamentində İftar süfrəsi açdım və bir çox gənc amerikalıları, gənc amerikalı müsəlmanları dəvət etdim. Onlar problemləri həll etmək və ən-ənəvi sədləri aradan qaldırmaq üçün öz enerjilərini və ruhlarını əsirgəmirlər. Onlar dünyada dəyişiklik edənlərlə bağlı işlər görürlər. Onların enerjisi və ruh yüksəkliyi böyük fəhmlə dolu gələcək üçün mənə böyük ümid verir.”- deyə xanım Klinton əlavə edib. Hillari Klinton təbrikində deyib ki, “bu sülh və şənlik abhavası münasibəti ilə mən sizə və ailənizə sevinc dolu Ramazan bayramı və irəlidə uğurlu il arzu edirəm.

XS
SM
MD
LG