Accessibility links

ABŞ dövlət katibi Qırğızıstanın koalisiya hökumətinin təşkili səylərini təqdir edib


ABŞ dövlət katibi Qırğızıstanın koalisiya hökumətinin təşkili səylərini təqdir edib
ABŞ dövlət katibi Qırğızıstanın koalisiya hökumətinin təşkili səylərini təqdir edib

ABŞ dövlət katibi Hillari Klinton Qırğızıstanın oktyabr ayı seçkilərindən sonra koalisiya hökumətinin təşkili səylərini təqdir edib. Bişkekdə baş nazir Roza Otunbayeva ilə görüşündən sonra xanım Klinton deyib ki, Qırğızıstanın yeni hökumətin təşkili səyləri onun xalqı və regionun müxtəlifliyi nəzərə alınaraq həyata keçirilir. ABŞ dövlət katibi Roza Otunbayeva ilə Amerikanın hərbi təyyarələrinin Manas hərbi bazasından Əfqanıstana təchizat daşıması məsələsini də müzakirə edib. Hillari Klinton Qırğızıstandan Özbəkistana yola düşüb. Bu gün o,Özbəkistan prezidenti İslam Kərimovla görüşməlidir.Dörd ölkəyə etdiyi diplomatik səfərini dövlət başçısı Bəhreyndə başa vuracaq.

XS
SM
MD
LG