Accessibility links

ABŞ dövlət katibi Yunanıstandadır

  • Amerikanın səsi

ABŞ dövlət katibi Yunanıstandadır

ABŞ dövlət katibi Yunanıstandadır

ABŞ dövlət katibi Hillari Klinton deyir ki, onun ölkəsi Yunanıstanın iqtisadi dirçəliş planlarını tam dəstəkləyir.

Afinada səfərdə olan Klinton deyib ki, rəsmi Vaşinqton yunanların ölkənin maliyyə təsisatlarını gücləndirmə səylərinə möhkəm dəstək verir.

Yunanıstan xarici işlər naziri Stavros Lambrindislə görüşdən sonra Klinton etiraf edib ki, islahatlar acı həbdir, lakin ABŞ onların effektivliyinə əmindir.

Lambrinidis deyib ki, Atlantik okeanının hər ii sahilində bəzi adamlar Yunanıstanın dağılacağını güman edirlər, lakin hazırkı hökumət onları yanlış çıxaracaq.

Cümə axşamı Brüsseldə 17 avrozona ölkəsinin təmsilçiləri bir araya gələrək Yunanıstanın xilas paketini müzakirə edəcəklər.

XS
SM
MD
LG