Accessibility links

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Azərbaycana gələcək


ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Azərbaycana gələcək
ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Azərbaycana gələcək

Azərbaycan-Amerika dialoqu beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək və dəniz təhlükəsizliyi, antiterrorizm, sərhəd təhlükəsizliyi və nüvə silahının yayılmaması məsələlərində ikitərəfli əməkdaşlığa yönəldilib.

ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro iyunun 18-dən 25-dək Fransa, Almaniyaya və Azərbaycanda səfərdə olacaq.
Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, cənab Şapiro bu ölkələrin ali hərbi və siyasi rəhbərləri ilə görüşlər keçirəcək. O iyunun 24-də Bakıda təhlükəsizlik məsələləri üzrə Azərbaycan-ABŞ dialoqundqa Amerika nümayəndə heyətinə rəhbərlik edəcək. “Dialoq beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək və dəniz təhlükəsizliyi, antiterrorizm, sərhəd təhlükəsizliyi və nüvə silahının yayılmaması məsələlərində ikitərəfli əməkdaşlığa yönəldilib”, - deyə Dövlət Departamentinin məlumatında bildirilir.

XS
SM
MD
LG