Accessibility links

ABŞ dövlət katibinin Orta Asiya üzrə yardımçısı Amerikanın səsinin suallarını cavablandırıb


ABŞ dövlət katibinin Orta Asiya üzrə yardımçısı Amerikanın səsinin suallarını cavablandırıb
ABŞ dövlət katibinin Orta Asiya üzrə yardımçısı Amerikanın səsinin suallarını cavablandırıb

Robert Bleyk Amerikanın regionda bu məsələləri prioritet hesab etməsi ilə yanaşı, bütün bunların Orta Asiya dövlətlərinin marağına xidmət etdiyini deyib

“Qırğızıstanın yeni parlmentində yer alan partiyaların Rusiya tərəfdarı bir hökumət təşkil etməsi ABŞ-Qırğızıstan münasibətlərinə təsir edə bilərmi?” sualının cavabında ABŞ dövlət katibinin yardımçısı Robert Bleyk bildirib ki, Rusiyaya meyilli olmaq heç də Amerika əleyhinə olmaq deyil. Bizim Orta Asiya siyasətimizdə son il götürdüyümüz kurs Rusiya ilə əməkdaşlığın genişlənməsinə yol açıb. Xüsisilə Qırğızıstan məsələsində. Rusiya Əfqanıstanla bağlı məqsədləri də bölüşür-deyə Robert Bleyk bildirib.“Biz Rusiyanın bu əməkdaşlığını yüksək qiymətləndirir və bunun genişləndirilməsini istəyirik.”

“ABŞ-ın dəfələrlə Qırğızıstanın demokratiyaya can atdığını deməsi, regiondakı digər ölkələrin demokratiyaya meyilli olmamasına işarədirmi?” sualını dövlət katibinin müavini cənab Bleyk belə cavablandırıb: “Biz Orta Asiyada demokratiyanın digər ölkələrə də yayılmasına güclü dəstək veririk. Biz insan hüquqları, din azadlığı və bu kimi digər mühüm sahələrdə inkişaflara nail olmaq istəyirik.”

Robert Bleyk Amerikanın regionda bu məsələləri prioritet hesab etməsi ilə yanaşı, bütün bunların Orta Asiya dövlətlərinin marağına xidmət etdiyini deyib. ABŞ dövlət katibinin Orta Asiya üzrə yardımçısı bildirib ki, region ölkələri bu inkişaflara Amerikanı razı salmaq üçün deyil, sabitlik və xalqlarının rifah halının yaxşılaşdırılması naminə nail olmalıdır.

“Amerikanın səsi”nin Özbəkistanda sabitsizlik yaratmaq cəhdləri və hazırladığı reportajlara görə ittiham edilən özbək xidmətinin müxbiri Babayevin məhkəməsinə gəldikdə isə cənab Bleyk bu prosesin yaxından izlənildiyini bildirib.“Biz düşünürük ki, Babayev özbək hökumətinə heç bir təhlükəsi olmayan çox yaxşı bir işlə məşğul idi. Biz bu məsələyə ifadə azadlığına dəyər verdiyimiz üçün diqqət yetiririk.Özbəkistan hökuməti xarici investisiyaların cəlb edilməsi üçün belə məsələlərə önəm verməlidir ” .

2011-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması Amerikanın Orta Asiya siyasətinə nə kimi dəyişikliklər gətirə bilər sualının cavabında Robert Bleyk bildirib ki, ABŞ prezidenti qüvvələrin 2011-ci ildə Əfqanıstandan çıxarılmağa başlayacağını deyib. Prezident bundan əlavə qoşunların geri çəkilməsinin vəziyyətdən birbaşa asılı olacağını da bildirib.

“Bizim Orta Asiyadakı dostlarımızla çox mühüm maraqlarımız var. Orta Asiya bazarları birləşdirən İpək yolunun əsas tərkib hissəsi ola bilər.Orta Asiya Rusiya, Hindistan, Pakistan və Banqladeş kimi ölkələr arasında enerji daşıyıcısı rolu oynaya bilər ” .

Robert Bleyk deyib ki, bütün bunlar Orta Asiyanın maddi rifahını yaxşılaşdırmaqla bərabər, Pakistan və Əfqanıstan kimi ölkələrdə sabitliyin bərqərar edilməsinə yardım edə bilər.

ABŞ dövlət katibinin Orta Asiya üzrə yardımçısı deyib ki, biz regionda demokratiya və bərabərliyinin təbliğini davam etdirəcək, ticarət əlaqələrimizi dərinləşdirəcəyik.

XS
SM
MD
LG