Accessibility links

ABŞ dünyada din azadlığının vəziyyətinə dair illik hesabatını açıqlayıb


ABŞ dünyada din azadlığının vəziyyətinə dair illik hesabatını açıqlayıb

ABŞ dünyada din azadlığının vəziyyətinə dair illik hesabatını açıqlayıb

Hesabatda deyilir ki, 8 ölkədə din azadlıqlarının vəziyyəti narahatlıq doğurur. Bu ölkələr Birma, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan və Özbəkistandır.

Hesabatın açıqlanması mərasimində dini azadlıqları fundamental insan haqları kimi qiymətləndirən dövlət katibi Hillari Klinton bunun ABŞ-ın xarici siyasətində mühüm elemet adlandırıb. Xanım Klinton deyib ki, Çindəki vəziyyətə dair hesabat ölkə rəsmiləri buddaçı ruhanilərə, qeydiyyatdan keçməmiş xristian qruplar və uyğun müsəlmanlara qarşı təzyiqlər göstərib. Dini vəziyyətin narahatlıq doğurduğu ölkələr arasında olan Şimali Koreyada vəziyyətin dəyişmədiyi, ölkədə dini azadlıqlara hörmətin həddən artıq aşağı səviyyədə qaldığı bildirilir.

Hesabatın Azərbaycana aid bölməsində də deyilir ki, hesabat müddətində hökumət tərəfindən dini azadlıqlara hörmət statusu baxımından dəyişiklik qeydə alınmayıb. “Bəzi hallarda hökumət dini azadlıqları məhdudlaşdırmağa davam edib. ABŞ hökuməti insan haqlarının təbliği və müdafiə siyasətinin bir hissəsi kimi dini azadlıqlar məsələsini Azərbaycan hökuməti ilə müqayisə edir”-deyə hesabatda deyilir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG