Accessibility links

ABŞ Eynulla Fətullayevə qarşı məhkəmə hökmünü pisləyir


ABŞ Eynulla Fətullayevə qarşı məhkəmə hökmünü pisləyir
ABŞ Eynulla Fətullayevə qarşı məhkəmə hökmünü pisləyir

Məhkəmə hökmü deyilənə görə məhbəs nəzarətçilərinin onun paltarından heroin tapması əsasında verilib ki, Fətullayev bunun qurama olduğunu deyir

ABŞ hökuməti Azərbaycanda müxalif jurnalistə əlavə həbs cəzasını pisləyərək məhkəmənin hökmünü səhv istiqamətdə addım adlandırıb. Çərşənbə axşamı Bakıda məhkəmə Eynulla Fətullayevi iki il yarım azadlıqdan məhrum edib. Məhkəmə hökmü deyilənə görə məhbəs nəzarətçilərinin onun paltarından heroin tapması əsasında verilib ki, Fətullayev bunun qurama olduğunu deyir. ABŞ Dövlət Departamenti avropalı mətbuat azadlıqları üzrə rəsmilərlə razılaşaraq narkotika iddialarının həqiqətə uyğun olmadığını ehtimal edir. Dövlət Departamenti öz açıqlamasında Azərbaycan hökumətini internetdə nəşr etmək hüququ da daxil olmaqla mətbuat azadlığına tam hörmət etməyə çağırıb.

Fətullayev Gündəlik Azərbaycan qəzetinin sabiq baş redaktorudur. O, 2007-ci ildə yazdığı məqaləyə görə səkkiz il yarımlıq həbs cəzasına məhkum edilib. Azərbaycan hökuməti məqalənin terror təhlükəsi yaydığını və millətlərarası ədavəti qızışdırdığını iddia edir. Avropa İnsan Haqları Məhkəməsi aprel ayında Fətullayevin məhkum edilməsini qeyri-qanuni elan edib.

XS
SM
MD
LG