Accessibility links

ABŞ Federal Təhqiqat Agentliyi ölkənin şimalı-şərq bölgələrində axtarışlar aparır


ABŞ Federal Təhqiqat Agentliyi ölkənin şimalı-şərq bölgələrində axtarışlar aparır
ABŞ Federal Təhqiqat Agentliyi ölkənin şimalı-şərq bölgələrində axtarışlar aparır

ABŞ Federal Təhqiqat Agentliyi bildirib ki, cümə axşamı agentlər Nyu-Yorkun Tayms meydanında baş vermiş partlayış cəhdi ilə əlaqəli ölkənin şimalı-şərq bölgələrində axtarışlar aparıb.

ABŞ Federal Təhqiqat Agentliyi bildirib ki, cümə axşamı agentlər Nyu-Yorkun Tayms meydanında baş vermiş partlayış cəhdi ilə əlaqəli ölkənin şimalı-şərq bölgələrində axtarışlar aparıb.

Axtarışlar Massaçusets ştatının Boston şəhərindəki Votertaun ərazisindəki evdə, Brooklin yaxınlığındakı yanacaq doldurma məntəqəsində və Nyu-York şəhərində aparılmışdır.

Əməliyyatlar zamanı mühacirət hüquq pozuntuları ilə əlaqəli ən azından iki nəfər yaxalanmışdır. Rəsmilər bildirib ki, əməliyyat-axtarış tədbirləri bomba partlayışı cəhdi ilə əlaqəli təhqiqat işləri zamanı toplanmış dəlillərin nəticəsində həyata keçirilib.

Pakistan mənşəli ABŞ vətəndaşı Faizal Şahzad bomba partlayışına cəhd göstərməkdə təqsirli bilinib. 30 yaşlı Şahzad mayın 1-i bomba partlayışı cəhdindən iki sonra həbsə alınıb.

ABŞ rəsmiləri bildirib ki, Şahzad Pakistan extremistəri tərəfindən partlayıcı maddələrin hazırlanması üzrə təlimllər keçdiyini söyləyib.

XS
SM
MD
LG