Accessibility links

ABŞ Əfqanıstana M 1 Abram növlü tanklar göndərəcək


ABŞ Əfqanıstana M 1 Abram növlü tanklar göndərəcək
ABŞ Əfqanıstana M 1 Abram növlü tanklar göndərəcək

Birləşmiş Ştatlar 9 il öncə Əfqanıstan müharibəsi başlanandan bəri talibana qarşı döyüşmək üçün ilk dəfə olaraq oraya M 1 Abram növlü tanklar göndərəcək. Amerika hərbçiləri bildiriblər ki, bu tanklardan Helmənd vilayəti də daxil olmaqla, Əfqanıstanın cənub bölgəsində istifadə olunacaq. Helmənd vilayətində ABŞ qüvvələri ilə üsyançılar arasında güclü döyüşlər gedir. Çəkisi 70 ton olan bu tanklar quru qüvvələrin əməliyyat imkanlarını artıraraq, uzaq məsafədəki hədəfləri daha sürətlə və dəqiq şəkildə vuracaq. Tanklar həmçinin daha ağır zərbələr endirə biləcək texniki üstünlüklərə malikdir ki, onların dəstəyi ilə hərbi qüvvələr üsyançıların gizləndiyi ərazilərin dərinliklərində əməliyyatlar apara biləcəklər. Hərbi rəsmilər M 1 tanklarının hədəfi daha yaxşı aşkar etmək və daha üstün manevr etmək qabiliyyətinə malik olduğunu bildirirlər.

XS
SM
MD
LG