Accessibility links

ABŞ-ın Əfqanıstandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb


ABŞ-ın Əfqanıstandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

ABŞ-ın Əfqanıstandakı yeni səfiri vəzifəsinin icrasına başlayıb

Birləşmiş Ştatların Afqanıstanda yeni səfirinin bu gün Kabildə andiçmə mərasimi olub. Mərasim zamanı səfir Rayan Kroker diplomatlara Birləşmiş Ştatların Afganıstanı tərk etməyə tələsmədiyini desə də, ölkədə hərbi bazalarını daimi saxlamaq fikrində olmadığını bildirib. Cənab Kroker ABÇ qüvvələrinin Əfqanıstanı tərk etdiyi təqdirdə belə, beynəlxalq ictimaiyyətin Talibanla mübarizədə bu ölkəyə yardım edəcəyinə əmin olduğunu deyib.

Waşinqton Post qəzetinin bazar günü dərc etdiyi məqaləsində ABŞ-ın müqavilə əsasında neçə milyon dollarlıq nəqliyyat layihəsiüçün ayrılan pulların Talibana da yol açdığı deyilir. Məqalədə müqavilə bağlanan səkkiz şirkətdən dördünün ya kriminal qruplar, ya da düşmənlə əlaqəsi olduğu bildirilir.

Təhqiqatlar nəticəsində 3 milyon dollardan çox maliyyənin silah, sursat, ya da nəğd pul şəklində yaraqlıların əlinə keçdiyi aşkar edilib.

.

XS
SM
MD
LG