Accessibility links

ABŞ hökuməti müxalifət fəallarının həbsindən təəssüflənir


ABŞ hökuməti müxalifət fəallarının həbsindən təəssüflənir
ABŞ hökuməti müxalifət fəallarının həbsindən təəssüflənir

ABŞ Azərbaycan hökumətinə ölkə Konstitusiyasına əsasən və ATƏT qarşısında götürdüyü qanunun aliliyinə və vətəndaşların toplaşmaq, ifadə və fikir azadlığı hüquqlarına hörmətlə yanaşmaq öhdəliyini xatırladır.

ABŞ-ın ATƏT-də səfiri səlahiyyətlərini icra edən Harri Robins ötən həftənin sonunda Vyanada ATƏT-in Daimi Şurasının iclasında Azərbaycanda 8 müxalifət fəalının 2 aprel mitinqində iştiraka görə həbs cəzasına məhkum edilməsi haqqında 3 və 10 oktyabr tarixli məhkəmə qərarları ilə bağlı ABŞ hökuməti adından təəssüfünü bildirib. Bəyanatda həmçinin təəssüflə aksiyanın daha 6 iştirakçısı barəsində 25 avqust tarixli əvvəlki məhkəmə qərarı xatırladılır.
ABŞ Azərbaycan hökumətinə ölkə Konstitusiyasına əsasən və ATƏT qarşısında götürdüyü qanunun aliliyinə və vətəndaşların toplaşmaq, ifadə və fikir azadlığı hüquqlarına hörmətlə yanaşmaq öhdəliyini xatırladır.
Bununla əlaqədar olaraq cənab Robins məhkəmə hakimiyyətini işlərə hüquq və əqidəyə əsaslanaraq, Azərbaycanın konstitusiya və beynəlxalq öhdəliklərinə uyğun baxılmasını təmin etməyə çağırır.

XS
SM
MD
LG