Accessibility links

Prezident Obama şərq sahilləri sakinlərini İren qasırğası ilə bağlı ehtiyatlı olmağa çağırıb (Yenilənib)

Birləşmiş Ştatlar prezidenti Barak Obama şərq sahilləri sakinlərini ehtiyatlı olmağa çağırıb. Cənab Obama bu gün deyib ki, bütün göstəricilər İren qasırğasının tarixi bir tufan olacağına işarədir.

Şərq sahilləri sakinləri irəliləməkdə olan İren qasırğasından öncə hazırlıqlar görür. Birləşmiş Ştatlar hökuməti qasırğanın daşqınlara və elektrikin kəsilməsinə səbəb olacağından narahatdır. Şimali Karolina Merilend, Virginiya, Delaver, Nyu-York və Nyu Cersi ştatlarının qubernatorları bölgələrdə fövqəladə vəziyyət elan ediblər. İren qasırğasının Şimali Karolina sahillərinə şənbə günü çatacağı gözlənilir. Prezident Barak Obama da Şimali Karolina ştatında fövqəladə vəziyyət elan edib.

Birləşmiş Ştatların Milli Qasırğalar Mərkəzi saatda 175 km sürətlə əsən küləklə müşayiət olan İren qasırğasının zəiflədiyini desə də, onun hələ də çox təhlükəli olduğunu bildirib.

XS
SM
MD
LG