Accessibility links

ABŞ hökuməti islahatlar aparılmadığı təqdirdə Meksika Körfəzində baş verənlərin təkrar oluna biləcəyini deyir

ABŞ hökumətinin açıqladığı yeni hesabatda deyilir ki, ötən il Meksiko Körfəzində baş verən nəhəng neft axıntısı neft sənayəsi və idarəçilikdə islahatlar aparılmadığı təqdirdə yenidın baş verə bilər. Prezident nəzdindəki komissiyanın apardığı tədqiqat müəyyən edib ki, BP və onun tərəfdaşları Transocean və Halliburton şirkətləri pula qənaət məqsədi ilə bir sıra qərarlar qəbul ediblər ki, bunlar Offşor platformasının partlamasına səbəb olub.

Deepwater Horizon Offşor platforması 2010-cu il aprelin 20-də partladıqdan sonra milyonlarla barrel neftin Meksiko Körfəzinə axmasına səbəb olub. Son hesabatda komissiya bildirir ki, qərar qəbul edən şirkətlərdən heç biri riskləri nəzərə almayıb. Komissiya müəyyən edib ki, fəlakətin səbəbləri sistemik xarakter daşıyır.

XS
SM
MD
LG