Accessibility links

ABŞ hökumətinin mövqeyini əks etdirən baş məqələ


Amerika Birləşmiş Ştatları Kosovonun suverenliyi və müstəqilliyini tam şəkildə dəstəkləyir

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Kosovonun 2008-ci il iyul ayının 22-də müstəqilliyini elan etməsinin beynəlxalq qanunlara zidd olmadığını elan edib.1999-cu ildə Kosovo NATO-nun prezident Slobodan Miloşeviçin etnik albanlara qarşı qəddar kampaniyasına son qoyan 78 günlük hava hücumlarından sonra BMT-nin nəzarətinə verilmişdi. Amerika Birləşmiş Ştatları Kosovonun suverenliyi və müstəqilliyini tam şəkildə dəstəkləyir.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələri üzrə yardımçısı Filip Gordon məhkəmənin qərarının Kosovonun vəziyyəti nəzərə alınaraq verildiyini deyib. Cənab Gordon deyib ki, qərar yalnız Kosovoya aiddir. “Qərar heç bir region və ölkə ilə presedent təşkil etmir”-deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələri üzrə yardımçısı Filip Gordon bildirib.

ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Kosovonun statusu məsələsini arxada qoyub, Balkanlarda sülh və sabitliyə dəstək verilməlidir. O, Kosovonun müstəqilliyini tanımayan ölkələrı bu səylərə qoşulmağa çağırıb. Xanım Klinton deyib ki, indiyədək 69 ölkə Kosovonun müstəqilliyini rəsmən tanıyıb və məhkəmənin qərarının bu ölkələrin sayını artıracağı gözlənilir.

Amerika Balkanlarda sülh və sabitliyin qorunması sahəsində Kosovo və Serbiyanın əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyinə inanır. Kosovonun baş naziri Haşim Taci ilə bu yaxınlarda keçirdiyi görüş zamanı Amerikanın vitse-prezidenti Co Bayden köklü islahatlar, qanunun alilliyinin möhkəmləndirilməsi və azlıq təşkil edən icmalar arasında inteqresiya da daxil edilməklə, Kosovo hökumətinin nailiyyətlərini yüksək qiymətləndirib. Cənab Bayden deyib ki, bu səylər davam etdirilməlidir. Amerika regionda sabiqtlik, azadlıq və rifah halının yaxşılaşdırılması naminə Serbiya da daxil edilməklə, Kosovonun qonşuları ilə işləməyə hazır olduğunu bidlirir.

Amerika Birləşmiş Ştatları Serbiya və Kosovo ilə iş birliyini davam etdirməklə, onların keçmişin səhifəsini çevirib, daha yaxşı gələcəyə üz tutmasını istəyir.

XS
SM
MD
LG